Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7172/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə arasında prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment, uşaqla atanın ünsiyyətinin müəyyən edirilməsinə dair barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədən görünür ki, ərizəçi aralarında bağlanmış barışıq sazişinin hansı səbəbdən təsdiq edilməsini xahiş etdiyini göstərməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7558/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Ərizəçi ilə X1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər aralarındakı nikahın pozulması, ümumi uşaqların ananın yanında saxlanması, alimentin təyini və uşaqların ataları ilə ünsiyyət qaydası barədə razılığa gəlmişdirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, Maraqlı şəxs barışıq sazişini könüllü icra edir və onun şərtlərini pozmur. Maraqlı şəxs məhkəmə iclasında fikir bildirmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasında imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Barışıq sazişinin icra olunmaması və ya icrasından imtina halları olmadıqda, mediasiya prosesi nəticəsində tərəflərin öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyi eyni məsələ ilə bağlı yenidən məhkəməyə müraciətin olunması Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən istisna edilir. Həmin müddəada göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinin pozulduğu halda, yəni əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün Mülki Prosessual Məcəllənin 40-7-ci fəslinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, Maraqlı şəxs barışıq sazişinin icrasından imtina etməmişdir. Bunun əksinə, ərizəçi izahatında sazişin şərtlərinin icra olunduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya könüllü icrasından imtina hallarında şamil edilir. Mediasiya prosesi nəticəsində bağlanılmış sazişin təsdiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmadığından ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7172/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7172/2024
02.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver