Məhkəmə qərarları › İş №2(011)-7184/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7184/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7184/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası, 23.04.1956-cı il təvəllüdlü X2 30.07.2021ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 23.04.1956-cı il təvəllüdlü X2 30.07.2021-ci il tarixində vəfat etmişdir və Nizami rayonu “8 km” qəbirsanlığında dəfn olunmuşdur. Mərhumun ölümünün qeydə alınması xahişi ilə Bakı şəhər Maraqlı şəxsnə müraciət etmiş, həkim ölüm şəhadətnaməsinin olmaması səbəbindən şöbə mərhumun ölümünü qeydə almaqdan imtina etmişdir. Bu səbəbdən mərhumun ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 mərhumun ögey oğlu olduğunu, X3 30.07.2021-ci ildə vəfat etdiyini və Nizami rayonu “8 km” qəbirsanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin qonşusu olduğunu göstərərək, X2 30.07.2021-ci ildə vəfat etdiyini və dəfn mərasimində iştirak etdiyini göstərdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1ənzil ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası qrafasında X3 qeyd edilmişdir. Bakı şəhər İH MKTD-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 07.09.2021-ci il tarixli arayışından görünür ki, X3 30.07.2021-ci il tarixdə Nizami rayonu “8 km”qəbirstanlığında dəfn olunmuşdur. Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi, 30.07.2021-ci il tarixdə saat 17:13 radələrində X2 adına ünvan 2 ünvanına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. Bakı Şəhəri Maraqlı şəxs 04.08.2021-ci il tarixli 2635-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum atası X2 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi atası, 23.04.1956-cı il təvəllüdlü X2 30.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.04.1956-cı il təvəllüdlü X2 30.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar