Məhkəmə qərarları › İş №2(011)-7265/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7265/2022

15.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7265/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi MMC-nin “barışıq sazişinin təsdiqi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi MMC-nin xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, D080 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində Maraqlı şəxs ilə 12 oktyabr 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, 09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 7000 ABŞ dolları ilkin ödəniş edildikdən sonra 65800 ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla 12 ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi MMC 09 sentyabr 2021-ci il tarixli D080 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Maraqlı şəxs möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. X6 isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Ərizəçi MMC-yə ödəməlidir. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Nəriamnov rayonu, Nazim Hacıyev küçəsi 34, M 15, m 3 daşınmaz əmlak X4 istifadəsində qalır. Tərəflər razılaşırlar ki, 09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər X4 ödəməli olduğu 7000 (yeddi min) ABŞ dolları ilkin ödəniş edildikdən sonra 65800 (altmış beş min səkkiz yüz) ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. X6 Ərizəçi MMC-yə ödəməli olduğu məbləğ 6223 (altı min iki yüz iyirmi üç) ABŞ dolları müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 12-si təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. X4 bu sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. X6 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 12 oktyabr 2023-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. X4 bu sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir. Sazişin şərtləri X5 tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır. Bu sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra tərəflər arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5(beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni tələb etməlidir. Tərəflərin bu barışıq sazişinin şərtlərini pozması sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən həyata keçiriləcəkdir. Borclunun öz öhdəliyini yerinə yetriməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən “09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Maraqlı şəxs ödəməli olduğu 7000 ABŞ dolları ilkin ödəniş edildikdən sonra 65800 ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla 12 ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə müqavilə üzrə müəyyən edilmiş məbləğdə pulu ərizəçiyə ödəməmişdir. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Ərizəçi MMC 09 sentyabr 2021-ci il tarixli D080 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Maraqlı şəxs möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. X6 isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Ərizəçi MMC-yə ödəməlidir.

2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 34, M 15, m 3 daşınmaz əmlak X4 istifadəsində qalır.

3. Tərəflər razılaşırlar ki, 09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər X4 ödəməli olduğu 7000 (yeddi min) ABŞ dolları ilkin ödəniş edildikdən sonra 65800 (altmış beş min səkkiz yüz) ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.

4. X6 Ərizəçi MMC-yə ödəməli olduğu məbləğ 6223 (altı min iki yüz iyirmi üç) ABŞ dolları müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 12-si təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. X4 bu sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

5. X6 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 12 oktyabr 2023-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. X4 bu sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

6. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

7. Sazişin şərtləri X5 tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

8. Bu sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra tərəflər arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, D080 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5(beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni tələb etməlidir.

9. Tərəflərin bu barışıq sazişinin şərtlərini pozması sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

10. Borclunun öz öhdəliyini yerinə yetriməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar