Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7272/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş xx.xx.1938-ci il təvəllüdlü mərhum anası X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, anası mərhum X4 ürək xəstəliyinə görə müalicə olunmuşdur, bəzən ürəyi ilə bağlı narahatçılığı olur, ona dərman verdikdə isə sakitləşirdi, anasının vəfat etdikdə 83 yaşı olmuşdur, onunla bir evdə yaşamışdırlar, xx.xx.2022-ci il tarixdə anasının vəziyyəti qəfil pisləşmiş, buna görə dərhal təcili yardım çağırmış, yaxınlarına məlumat vermişdir, lakin həkim gələnədək artıq anası keçinmişdir, bu barədə arayış verilmişdir, həmin gün anasını Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn etmişdirlər, ölüm haqqında şəhadətnamənin verilməsi üçün bir neçə yerə müraciət etmişdir, lakin bu mümkün olmamışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bununla belə xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1990-cı il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, o, doğma xalasıdır, mərhum X4 isə nənəsi olmuşdur, yanvar ayının 8-i saat 11 radələrində ərizəçi zəng etmişdir ki, nənənin hal pisdir, onun evinə getmişdirlər, evə gedəndə artıq nənəsi vəfat etmişdir, nənəsini Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn etmişdirlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1991-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi doğma xalasıdır, mərhum isə nənəsidir, yanvar ayının 8-i nənəsi Neapol tərəfdə yerləşən öz evində rəhmətə getmişdir, nənəsini Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn etmişdirlər, dəfndə iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı 17953055 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1938-ci il tarixdə Gürcüstanda anadan olmuşdur. İş materiallarında olan 768284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1967-ci il tarixində Tbilisi şəhərində anadan olmuşdur, onun atası X7, anası X2. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışa əsasən, xx.xx.2022-ci il tarixdə, saat 12:47-də Tusi 39 ünvanında, 82 yaşlı X3 həkiməqədər ölüm diaqnozu qoyulmuş və qadın meyid aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli 265 №-li arayışdan görünür ki, X4 08.012022-ci ildə Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05\Q-454\15 saylı məktubunun surətindən görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1938-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmiş, Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun qızıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7272/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7272/2022
28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver