Məhkəmə qərarları › İş №2(011)-7279/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7279/2024

06.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7279/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi və icraya göndərilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2021-ci il tarixində bağlanılmış barışıq sazişinin, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay aliment məbləğinin Maraqlı şəxs alınaraq ona ödənilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs ilə 23 iyun 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Qeyd edilir ki, ərizəçi cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaranmağa başlamışdır. Nəticədə xx.xx.2022-ci il tarixdə onların nikahları ləğv edilmişdir. Birgə nikahdan olan övladları halhazırda onun himayəsində yaşayır. xx.xx.2018-ci il təvəllüdlü X3 18 yaşı tamam olana qədər hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin ödənilməsini, növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı təqdirdə artım fərqinin ödənilməsi, gələcəkdə işə düzəldiyi təqdirdə aylıq əməkhaqqı məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, minimum yaşayış məbləğinin ödənilməsi dayandırılıb növbəti ödənişlərin alıq qacancı hesabına edilməsi 04 oktyabr 2021 -ci il tarixli barışıq sazişində öz əksini tapmışdır. Yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2021-ci il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasya sessiyasından sonra proses zamanı X3 18 yaşı tamam olana qədər hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin ödənilməsini, növbəti illərdə Azərbaycan Respublikasında üşaqlar üçün yaşayış minimumu qalxdığı təqdirdə artım fərqinin ödənilməsi, gələcəkdə işə düzəldiyi təqdirdə aylıq əməkhaqqı məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, minimum yaşayış məbləğinin ödənilməsi dayandırılıb növbəti ödənişlərin aylıq qacanöı hesabına edilməsi barədə razılıq əldə olunmuşdur və həmin tarixdə barışıq sazişi imzalanmışdır. Ərizəçinin nümayəndəsi Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən yeni azad olduğu və işsiz olduğu üçün alimenti ödəyə bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli olan barışıq sazişinin 2.1.1-ci bəndinə əsasən saziş ilə Tərəflər müvafiq olaraq nikahın məhkəmə qaydasında pozulmasını, birgə nikah dövründə əmlak əldə etmədikləri üçün tələbin bu hissəsindən birinci tərəfin imtina etməsini, uşaq - xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olan X2 Birinci tərəfin yanında qalmasını,ikinci tərəfin xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olan X5 aliment ödənişini, hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişaf na, fiziki və psixoloji sağlamlığına xələl yetirməməyi qəbul edirlər. Birinci tərəf uşağın tərbiyəsi, müalicəsi, sosial müdafiəsi və təhsili ilə bağlı bütün zəruri tədbirləri həyata keçirir, ikinci tərəfin və onun birinci dərəcəli yaxın qohumlarının uşaq ilə ünsiyyətinə, əvvəlcədən müvafiq qaydada tam razılaşdırıldıqdan sonra müəyyən edilmiş vaxtda və yerdə şərait yaradır. İkinci tərəf xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olan X5 2021-ci ilin noyabr ayından başlayaraq 18 yaşına çatana qədər hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin ödənilməsini, növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı təqdirdə artıın fərqinin ödənilməsini, gələcəkdə işə düzəldiyi təqdirdə aylıq əmək haqqı məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, minimum yaşayış məbləğinin ödənilməsini dayandırır və növbəti ödənişləri aylıq qazancı hesabına davam edir; iş yeri olmadığı hallarda aliment ödənişinin minimum yaşayış məbləği ilə ödənilməsini qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi olə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixində barışıq sazışı imzalanmışdır. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan 175 manat məbləğində alimenti ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə 2021-ci ilin noyabr ayından başlanılaraq X3 18 yaşına çatanadək hər ay 175 manat məbləğində alimentin ödəməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə və hazırda mübahisə yalnız həmin hissədə olduğundan barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-cü il tarixdə mediator X4 iştirakı ilə bağlanmış Barışıq sazişi yalnız aşağıdakı məzmunda təsdiq edilsin:

1. İkinci tərəf (Maraqlı şəxs) xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olan X5 2021-ci ilin noyabr ayından başlayaraq 18 yaşına çatana qədər hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin ödənilməsini qəbul edir. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar