Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-728/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1972-ci il təvəllüdlü X1 xx.xx.2022-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ürək xəstəliyindən Bakı şəhərində X10 vəfal etmişdir. Bibisi heç vaxı ailə qurmamışdır, övladları yoxdur. Onun yeganə vərəsəsi ərizəçinin atası X3 birinci dərəcəli əlildir, yataq xəstəsidir. Onun vəfatından sonra Şamaxı rayonu, Kərkə kənd qəbirslanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 3619-05/15 saylı məktubla cavab verdi ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum bibisi xx.xx.1972-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 17513516 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı Şəhəri Kliniki Tibbi Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Müayinə zamanı ona “sol mədəciyin arxa divarının miokard infarktı, törədicisi məlum olmayan sol tərəfli pnevmaniya, sağ tərəfli plenit” diaqnozu qoyulmuşdur. Bakı Şəhəri Kliniki Tibbi Mərkəzin xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə X10 ölmüşdür. Lakin mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.1972-ci il tarixdə btmişdir. Sənəd etibarsız sayıldığı üçün X11 ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3619-05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında qeyd etmişdir ki, mərhum Tahirə mənim baldızı olub. Tahirə noyabrın 16-sı xəstəxanada rəhmətə getdi. Ürəyi xəstə idi. Bakıda onun uşaqlarıyla birlikdə yaşayırdı. Vəfat etdikdən sonra onu Şamaxı rayonu, Kərkə kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o ərizəçinin həyat yoldaşıdır. mərhum Tahirə xanım isə bibimdir. O xəstəxanada vəfat etdi, ürəyi xəstə idi. 2-3 ay xəstəxanada yatdı. 16 noyabr 2022-ci il tarixində Semaşko xəstəxanasında da vəfat etdi. Bibisinin övladı olmayıb. Vəfat etdikdən sonra onu Şamaxı rayonu, Kərkə kənd qəbirstanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə anadan olmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-728/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-728/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver