Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7295/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində X11 cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X9 iştirakı ilə tərtib edilmiş MŞB/5-01112 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və sazişin 2.10-cu bəndinə əsasən ödənilmiş dövlət rüsumunun X8 aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi X8 qarşı "nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 analarının himayəsində qalmaları, uşaqlara görə aliment ödənilməsi, uşaqlarla ünsiyyət qaydasının məyyən edilməsi, qızıl-zinyət əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər aralarındakı mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Təşkilatın mediatoru X9 iştirakı ilə MŞB/5-01112 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Qeyd olunan barışıq sazişinin şərtlərinə görə tərəflər onların birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-di İl təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalmaları, ataları X5 hər ay hər uşağa görə hər ayın 10-dək 193 manat məbləğində aliment verəcəyi, maddi durumu, yaşayış minimumunun artırılması və ümumi indeksasiya nəzərə alınmaqla qabaqcandan xəbərdar edilməklə qarşılıqlı razılıq əsasında alimentin artırıla biləcəyi, atalarının uşaqları üçün çəkdiyi digər xərclərin müəyyən edilmiş aliment məbləğinə təsir etməməsi, könüllü sayılması və qarşı tərəfdən heç bir halda tələb edilə bilinməməsi, nikahdan əvvəl və nikah dövründə alınan və va hədiyyə edilən qızılların Ərizəçi qaytarılması, həmçinin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 105.16 kv.m sahəsi olan mənzilin ½ payda aralarında bölünməsi barədə razılaşmışlar. İddianın nikahın pozulması hissəsinə Xətai rayon Məhkəməsində baxılaraq, məhkəmənin müvafiq qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Qeyd olunan barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəllər könüllü olaraq bu sazişi imzalamışlar. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3447/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 Könül Rasim qızı arasında 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 2399 saylı aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 39, mənzil 15 üzərində Shakhmuradov Ravilin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 Könül Rasim qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə akt qeydlər kitabında 174 saylı qeyd ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 058441 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 dekabr 2014-cü il təvəllüdlü X4 atası Şahmuradov Ravil, anası Ərizəçidır; İş materiallarında olan AZ-İV seriyalı 035749 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 2007-ci il təvəllüdlü X6 atası X11, anası Ərizəçidır; İş materiallarında olan AZ-İV seriyalı 035750 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 dekabr 2009-cu il təvəllüdlü X1 atası X11, anası Ərizəçidır; 13 aprel 2022-ci il tarixdə, Bakı 5 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə X11 arasında bağlanmış barışıq sazişindən görünür ki : 2.1.Tərəflər bu barışıq sazişilə razılaşırlar ki, onların birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2009-cu İl təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı övladları ananın, yəni birinci tərəfin himayəsində qalır. 2.2. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişin imzalandığı gündən etibarən ikinci tərəf hər ay hər uşağa görə hər ayın 10-a qədər 193 manat məbləğində müəyyən edilmiş alimenti uşaqların yetkinlik yaşına çatana qədər ödəməyi öz öhdəsinə götürür. 2.3. Alimentin miqdarı Tərəflərin maddi durumu, yaşayış minimumunun artırılması və ümumi indeksasiya nəzərə alınmaqla qabaqcadan xəbərdarlıq etməklə qarşılıqlı razılıq əsasında artırılıa bilər. 2.4. İkinci tərəfin uşaqlar üçün çəkdiyi digər xərclər müəyyən edilmiş aliment məbləğinə təsir etmir, könüllü sayılır və qarşı tərəfdən heç bir halda tələb edilə bilməz. 2.5. Birinci tərəf bu Saziş imzalandıqdan sonra, ikinci tərəfin uşaqlar ilə ünsiyyət hüquqlarından istifadə etməsinə, uşaqların könüllü razılığı əsasında hər həftənin qabaqcadan müəyyən edilmiş bir günündə uşaqların ikinci tərəf ilə qalmasına maneəçilik və çətinlik yaratmamağı, ikinci tərəf isə uşaqları vaxtı- vaxtında birinci tərəfə qaytarmağı öhdələrinə götürürlər. 2.6. X21 Tərəfə nikahdan əvvəl məxsus olan və sonradan birgə nikah dövründə alman və ya hədiyyə edilən qızılları qaytarmağı öz öhdəsinə götürür. 2.7. Tərəflər onların birgə nikah dövründə əldə etdikləri və İkinci Tərəfin adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 105,16 kv.m. sahəsi olan mənzilin ½ payda aralarında bölünməsinə razılaşır. 2.8. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.9 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.10. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.11.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.12.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. - 04 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 13 aprel 2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355- 26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs X11 barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu X8 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 aprel 2022-ci il tarixdə Bakı 5 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi (birinci tərəf) ilə X11 (ikinci tərəf) arasında bağlanmış aşağıdakı şərti özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: 2.1.Tərəflər bu barışıq sazişilə razılaşırlar ki, onların birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2009-cu İl təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı övladları ananın, yəni birinci tərəfin himayəsində qalır. 2.2. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişin imzalandığı gündən etibarən ikinci tərəf hər ay hər uşağa görə hər ayın 10-a qədər 193 manat məbləğində müəyyən edilmiş alimenti uşaqların yetkinlik yaşına çatana qədər ödəməyi öz öhdəsinə götürür. 2.3. Alimentin miqdarı Tərəflərin maddi durumu, yaşayış minimumunun artırılması və ümumi indeksasiya nəzərə alınmaqla qabaqcadan xəbərdarlıq etməklə qarşılıqlı razılıq əsasında artırılıa bilər. 2.4. İkinci tərəfin uşaqlar üçün çəkdiyi digər xərclər müəyyən edilmiş aliment məbləğinə təsir etmir, könüllü sayılır və qarşı tərəfdən heç bir halda tələb edilə bilməz. 2.5. Birinci tərəf bu Saziş imzalandıqdan sonra, ikinci tərəfin uşaqlar ilə ünsiyyət hüquqlarından istifadə etməsinə, uşaqların könüllü razılığı əsasında hər həftənin qabaqcadan müəyyən edilmiş bir günündə uşaqların ikinci tərəf ilə qalmasına maneəçilik və çətinlik yaratmamağı, ikinci tərəf isə uşaqları vaxtı- vaxtında birinci tərəfə qaytarmağı öhdələrinə götürürlər. 2.6. X21 Tərəfə nikahdan əvvəl məxsus olan və sonradan birgə nikah dövründə alman və ya hədiyyə edilən qızılları qaytarmağı öz öhdəsinə götürür. 2.7. Tərəflər onların birgə nikah dövründə əldə etdikləri və İkinci Tərəfin adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 105,16 kv.m. sahəsi olan mənzilin ½ payda aralarında bölünməsinə razılaşır. 2.8. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.9 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.10. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.11.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.12.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 100 manat məbləğində ödənilmiş dövlət rüsumu X2 alınaraq Ərizəçi ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7295/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7295/2022
14.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver