Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7323/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC, Sumqayıt şəhər 4 saylı Notariat ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və pulun silinməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-7741 nömrəli icra qeydinin və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9880 nömrəli icra qeydinin ləğv edilməsi, "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-0099-17/19A saylı Əlavə kredit müqaviləsi üzrə hesablanmış cəmi 70329 manat borc məbləğindən 10282 manat (faiz borcu 7423 manat və dəbbə pulu 2859 manat) azaldılaraq, yekun məbləğ 60047 manat müəyyən edilməsi, "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, DEN-A0049-17/19A saylı kredit müqaviləsi üzrə hesablanmış cəmi 28324 manat borc məbləğindən 5107 manat (faiz borcu 4002 manat və dəbbə pulu 1105 manat) azaldılaraq, yekun məbləğ 23217 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iki fərqli notariat ofisinin verdiyi icra qeydləri mübahisələndirilməklə həmin qeydlərin ləğv edilməsi, kredit müqavilələri üzrə hesablanmış məbləğin azalılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbində hazırki iş üzrə bir-birilə əlaqədar olmayan cavabdehlərə (Sumqayıt şəhər 3 saylı və 4 saylı notariat ofisi) qarşı ayrı-ayrı münasibətlərdən irəli gələn iddia tələbləri irəli sürməklə, bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir. Azərbiycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Digər tərəfdən hazırki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi notariat ofisləri tərəfindən aparılmış icra qeydlərinin ləğv olunması barədədir, ərizə iddia icraatı qaydasında verilmişdir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Sumqayıt şəhər 3 saylı və 4 saylı Notariat Ofisi və "xxxx" ASC göstərilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, notariat hərəkətlərindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olması nəzərdə tutulduğundan, iddiaçı isə notariat hərəkətlərindən “şikayətlə” deyil, notariat orqanına qarşı “iddia ərizəsi” ilə ümumi məhkəməyə müraciət etdiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul olunması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı, hazırki tələb üzrə müvafiq inzibati orqana (Notariat ofisinə), bunun nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının 8-ci bəndində edilmiş dəyişikliyə əsasən, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi qərara alınmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin icra xidməti, probasiya qurumları, dövlət notariat ofisləri, regional qurumları, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildirildiyindən, cavabdehlərin birgə cavabdehliyinə dair hər hansı bir əsas məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi üçün müvafiq notariat orqanlarına, bunun nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxılması da mümkün deyil. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-7741 nömrəli icra qeydinin və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9880 nömrəli icra qeydinin ləğv edilməsi, "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-0099-17/19A saylı Əlavə kredit müqaviləsi üzrə hesablanmış cəmi 70329 manat borc məbləğindən 10282 manat (faiz borcu 7423 manat və dəbbə pulu 2859 manat) azaldılaraq, yekun məbləğ 60047 manat müəyyən edilməsi, "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, DEN-A0049-17/19A saylı kredit müqaviləsi üzrə hesablanmış cəmi 28324 manat borc məbləğindən 5107 manat (faiz borcu 4002 manat və dəbbə pulu 1105 manat) azaldılaraq, yekun məbləğ 23217 manat müəyyən edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7323/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7323/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver