Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7383/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, X4 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı X7 xx.xx.2022-ci il tarixdə dünyaya gəlmişdir. xx.xx.2017-ci il tarixdə “meningomielosel ləğvi” əməliyyatı olunmuş və xx.xx.2017-ci il tarixdə anası X5 evə buraxılmışdır. Mərhum xx.xx.2017-ci il tarixinədək uşaq reanimasiyasında saxlanılmaqla həmin tarixdə evə buraxılmışdır. O, xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində yaşadıqları mənzildə ölmüşdür. Ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Xətai Rayonu qeydiyyat Şöbəsinə müraciət etmişdirlər, lakin Qeydiyyat Şöbəsi şəhadətnaməni verməkdən imtina etmişdir. Məhrumun ölüm faktını anası və nənəsi şahid qismində çıxış edərək təsdiq edəcəklər. Eyni zamanda, bildirirəm ki, mərhum Sabirabad rayonu, Əlicanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 11946681 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ № 993578 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, , X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Ərizəçi, anası X3r. İş materiallarında olan Mərkəzi Klinika tərəfindən təqdim edilmiş epikriz və müayni sənədlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü uşağa meningomielosel diaqnozu qoyulmuş, uşaq xx.xx.2017-ci il tarixində “meningomielosel ləğvi” cərrahi əməliyyat olunmuşdur. Bakı Baş Səhiyyə Mərkəzi 8 nömrəli Uşaq Poliklinikasının 333 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 2017-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Həmin ölüm hadisəsinin Bakı şəhəri 8 nömrəli Uşaq Poliklinikası tərəfindən təsdiq edilməsi həm zaman, həm də məkan baxımından mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs 3460-05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil. Bakı şəhəri Sabirabad rayonu İcra Hakimiyyəti Başçısının Cavad kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 678 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 rayonu Əlicanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, o, ərizəçinin qayınanası, mərhumun isə nənəsidir. Uşaq xəstə idi, əməliyyat olunmuşdur. Bir müddət xəstəxanada olandan sonra evə buraxıldı, evə gələndən sonra isə bir neçə gün sonra rəhmətə getdi. Ölüm hadisəsi xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. X2 onun övladı idi. Uşağın belində şiş var idi. Həmin şişə görə əməliyyat olundu. Bir müddət reanimasiyada qaldı, sonra da evə buraxıldı. Uşaq daim nəzarət altında idi, buna baxmayaraq, o, xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.2017ci il tarixdə vəfat etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2017-ci il tarixdə vəfat etməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə xx.xx.2017-ci il təvəllüdlü X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7383/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7383/2022
28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver