Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7409/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X5 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Z.Tağıyev adına toxuculuq kombinatı yaxınlığında yerləşən “Happy Barber” adlı bərbərxanada vəfat etmişdir. Onun vəfat etdiyi gün X15 Kombinatının qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X3 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X1 7 saylı bölməsinin xx.xx.2022-ci il tarixli 89 nömrəli arayışından görünür ki, X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-2282/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 38 nömrəli şəhər poliklinikasının arayışından görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X4 ölüm haqqında sənəd verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X3 ünvan 1 ünvanda yerləşən bərbərxanada olduğu zaman öz əcəli ilə vəfat etməsi faktı müəyyən edildiyindən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur, ünvan 2 ünvanında yaşayır. Mərhum X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir, Cavanşir küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi arvadıdır. Mərhum X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində bərbərxanada vəfat etmişdir. Mərhum ürək xəstəsi idi. Xətai rayonunda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısının həyat yoldaşıdır. Mərhum X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində bərbərxanada ürəktutmasından vəfat etmişdir. Xətai rayonunda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-7409/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7409/2022
13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver