Məhkəmə qərarları › İş №2(011)-7411/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7411/2022

16.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7411/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. X3 xx.xx.1962-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. Ərizəçi X1 arvadıdır.

2. Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında X1 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 32 nömrəli birləşmiş şəhər poliklinkası tərəfindən ərizəçinin əri barəsində ölüm haqqında tibbi arayışın verilməsindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X5 tərəfindən ölümün qeydə alınmasından imtina edilmişdir.

4. Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi xx.xx.1962-ci il tarixdə doğulmuş əri X1 01 noyabr 2022-ci tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum X3 xx.xx.1962-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. O, 1 noyabr 2022-ci il tarixdə qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Xətai rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

10. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi baldızıdır. 1 noyabrda dayısı zəng edib Əlinin yıxıldığını deyib. Ora gedəndə artıq təcili tibbi yardım gəlmişdi. Xəsarət izi yox idi. Həkim ürək tutmasından vəfat etdiyini dedi.

12. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır. Noyabrın 1-də günortadan sonra saat 5-in yarısı bacısı zəng edib, X1 yıxıldığını bildirib. Evə gedəndə onu yıxılı vəziyyətdə görüb, təcili yardım çağırıblar. Təcili Tibb yardım qəflətən ürək tutmasından vəfat etdiyini bildirib.

13. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

17. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

18. İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, ərizəçinin əri X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.

21. Məhkəmə iclasında dindirilmiş şahidlər də X1 xx.xx.2022-ci il tarixində öldüyünü bildirmişlər.

22. Bundan başqa, iş materiallarında olan 32 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 32 saylı BŞX-da heç bir xəstəliklə qeydiyyatda olmadığna görə tibbi kartası yoxdur. Bu səbəbdən dioqnoz qoyula bilmədiyi üçün ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 xx.xx.2022-ci il tarixli, 05/Q-2351/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər.

24. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

25. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (§ 17).

26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 01 noyabr 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Qazax rayonunda doğulmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar