Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7508/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və izahat verərək bildirdi ki, xx.xx.2021-ci il təvəllüdlü X4 onun oğludur. X9 xx.xx.2022-ci il tarixində oynamaq məqsədi ilə evdə qoyulan sandığın üstünə çıxmış və oradan qəfil yerə yıxılmışdır. Bu zaman anası - X3 yanında olmuşdur. Sonradan isə qonşuluqda yaşayan İlahə xanım gəlmişdir. İlahə xanım dərhal X11 zəng vursa da, lakin həkim gələnə kimi oğlu X4 vəfat etmişdir. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum oğlu X1 ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də, oğlu X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət edib. Qeydiyyat şöbəsinin cavab məktubunda mənə bildirildi ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə mənə oğlum X1 ölümü barədə şəhadətnamənin verilməsi mümkün deyildir. Sonda ərizəçi X5 məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 3474-05/15 №li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası Lerik rayonu Piran bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli 08 №-li arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə doğuluş X8 xx.xx.2022-ci il tarixində vefat etmiş, körpənin cənazəsi xx.xx.2022-ci il tarixində Lerik rayonu Piran bələdiyyəsinin ərazisində yerləşən Qışlaq kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, mərhumun qəbirüstü daşı vardır. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 12 oktyabr 2022-ci il tarixdə, saat 21.35-də Şıxlinski 37, m. 135 ünvanına X1 adına çağırış olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə kəndində doğulmuşdur. Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 230427 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhumun anasıdır, hadisə axsam saat 21.00 ərəfələrində baş vermişdir.Uşaqlar otaqda oynayırdılar, oğlu oradakı sandıxçanın üzərinə çıxıb düşürdü özu.Ora çıxıb divarda divar kagızı qopmuşdu onla oynayırdı. Hətta ona deyirdi Məmi düşür ordan yıxılarsan. Daha sonra uşaq arxa üstə gəldi yerə. Onu yerdən götündə ağlayan səsi dayandı. O, elə bilib ki uşaq sakitləşdi. Üzünə baxanda görüb ki, ağlayan sifəti elə də dayandı. Başlayıb uşağın adını çağırıb qısqırmağa. Qapını açıb qonşuları çağırıb. Bütün qonşular tökülüşüb gəldi içəri. Daha sonra təcili tibbi yardım gəldi. Axşam aparıblar uşağı rayona. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onlar qonşudurlar. Uşağın anasının qışqırıq səsinə qaçıblar.Gedib biliblər ki, uşaq yıxılıb. Təcili tibbi yardım gəldi.Artıq can vermə ərəfəsi idi uşaqda. O uşağı görəndə agzından çəhrayı rəngdə köpük gəlirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 07 may 2021-ci il tarixdə doğulmuş Ərizəçi 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7508/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7508/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver