Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7517/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər X2 və Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında onunla X1 birgə nikahdan anadan olmuş uşaqların onunla saxlanılmasına dair xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşalarına çatana kimi onunla qalmaları barədə razılığı 2 saylı mediasiya təşkilatının mediatorunun iştirakı ilə barışıq sazişi bağlanmışdır. Artıq bir ilə yaxındır ki, azyaşlı övladları onunladır. Həmin sazişin şərtlərinin biridə uşaqları anaları Maraqlı şəxs2 işə görüşünə ərizəçi tərəfindən şərait yaradacağıdır. Tərəflər bakı şəhər 2 saylı mediasiya Təşkilatında razılığa gələrək xx.xx.2024-cü il tarixdə barışıq sazişini imzalamışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, artıq iki ildir ki, uşaq onunla birlikdə yaşayır, istəyir ki, barışıq sazişinin təsdiqi ilə bağlı əlində qərar olsun. Maraqlı şəxs istənilən vaxt gəlib, uşağı görə bilər. Odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X3 izahatında bildirmişdir ki, o, uşağını görə bilmir, ərizəçi onun uşağı ilə ünsiyyətdə olmasına şərait yaratmır. Halbuki o, uşağı ilə ünsiyyətdə olmaq istəyir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsinə etirazının olmadığını və barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər X3 ilə Ərizəçi oğlu arasında bağlanmış 2 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci şərtindən görünür ki, tərəflər razılaşırlar ki, onların birgə nikahındna dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası Ərizəçi yanında qalsın, 2-ci şərtindən görünür ki, tərəflər razılaşırlar ki, ana Maraqlı şəxs2 tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə sərbəst görüşə bilər, Ərizəçi mane olmayacağını öz öhdəsinə götürür, sazişin 3-cü şərtindən görünür ki, tərəflərin bir-birinə qarşı heç bir aliment tələbi yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, uşaqlar sazişin imzalanmağından əvvəlki tarixdən cari tarixədək Ərizəçi ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında aydın olmuşdur ki, X2 uşaqları ilə ünsiyyətdə olmasına maneələr yaradılır. Ərizəçi izahatında maraqlı şəxsin uşağı ilə görüşməsinə maneə olmadığını bildirsə də, tərəflər arasında mübahisənin olduğu, bir sözlə sazişin şərtlərinin tam şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, tərəflər saziş üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X3 arasında xx.xx.2024-cü il tarixdə 2 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahındna dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası Ərizəçi yanında qalsın.
2. Tərəflər razılaşırlar ki, ana Maraqlı şəxs2 tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə sərbəst görüşə bilər. Ərizəçi mane olmayacağını öz öhdəsinə götürür.
3. Tərəflərin bir-birinə qarşı heç bir aliment tələbi yoxdur. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva