Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7572/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum Mirzə-X2 övladıdır. Mirzə-zadə Xanəli xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
2. Bakı şəhəri Təcili və X1 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi tardım briqadasının həkimi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nə əsasən xx.xx.2021-ci il tarixdə, saat 22:51 radələrində ünvan 1 ünvanında X3 oğlunın meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.
3. Ərizəçi atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2135-15/24 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1938-ci il təvəllüdlü atası Mirzə-X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü atası X3 oğlu xx.xx.2021-ci ildə vəziyyətinin qəfil pisləşməsi nəticəsində vəfat etmişdir. O, həmin tarixdə təcili tibi yardım çağırmış və Bakı şəhəri, X8 Stansiyasının həkimləri evə gələrək atası Mirzə-X2 vəfat etdiyini təsdiqlədilər və bu barədə ona xx.xx.2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etdilər. O, atasını Bakı şəhəri Hövsan qəbirstanlığında dəfn eləmişdir. Lakin həmin vaxtı atasına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi həmin vaxt uşaq idi, anası X5 qızı isə ikinci dərəcəli əlilliyi olan şəxsdir və ona qoyulan diaqnoz, debillik dərəcəsində oliqofeniya davranış pozuntuları ilə. Diaqnozudur, əmək qabiliyyətsizdir. O, atası Mirzə-X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün faktiki yaşadığı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ancaq Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. O, bu il test imtahanı ilə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Təhsili ödənişlidir. Lakin onun təhsil haqqı ödəməyə maddi imkanı yoxdur. Əgər atası Mirzə-X2 ölümü təsdiq olunarsa, o, valideyn himayəsindən məhrum olunmuş uşaq hesab edilər və təhsil haqqından azad edilər. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
10. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
11. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
12. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
14. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında Mirzə-X2 xx.xx.2021-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Mirzə-X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Mirzə-X2 xx.xx.2021-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü Mirzə-X2 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı