Məhkəmə qərarları › İş №2(011)-7604/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7604/2023

10.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7604/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması hissəsində icraya yönəldilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi tərəflər arasında Bakı 10 saylı Mediasiya Təşkilatında 29 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması hissəsində icraya yönəldilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Digər tərəfdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan uşaqları olan şəxslərin nikaha xitam verilməsi yalnız məhkəmə tərəfindən həyata keçirilir və bunun tərəflər arasında mediasiya nəticəsində imzlanmış barışıq sazişi əsasında həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması hissəsində icraya yönəldilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizə ilə deyil, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında müraciət etməlidir. Odur ki, məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırkı ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi tərəflər arasında Bakı 10 saylı Mediasiya Təşkilatında 29 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması hissəsində icraya yönəldilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar