Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7614/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1980ci il təvəllüdlü həyat yoldaşı X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşı rəhmətə getdiyi üçün o və ailə üzvləri çox pis olduqları üçün ona ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Həyat yoldaşı vəfat etdikdən sonra onlar onu Biləsuvar rayon qǝbrstanlığında dəfn etmişlər. Ərizəçi sənədləşmə aparmaq istədikdə ondan həyat yoldaşı barədə məlumat istədilər və o vəfat etdiyini bildirdikdə ondan ölüm haqqında şəhadətnamə tələb etdilər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etsə də ona əlində əsaslı sənədlər olmadığından şəhadətnamə verilməsindən imtina edilmiş və bildirmişlər ki, xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı X2 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Həyat yoldaşının ölüm faktını şahidlər də təsdiq edə bilər. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.2000-ci il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun dayısı qızıdır, valideynlərinin rayonda yaşadığına görə o da Bakıda işlədiyinə görə dayısı qızıgildə yaşayırdı. Gecə saatlarında mərhum Sirac Məmmədovun ürəyi narahat oldu, qonşudan dərman aldıq sonra təcili yardım çağırdıq saat 02:00 radələrində rəhmətə getdi. Mərhum ünvan 1 ünvanında yaşayırdı, Biləsuvar qəbristanlığında dəfn edilib. Məhkəmə iclasında xx.xx.1992-ci il təvəllüdlü X6 şahid qismində iştirak edərək bildirdi ki, ərizəçi onun qonşusudur, Ərizəçi həyat yoldaşının xx.xx.2024-cü il tarixində ürək tutmasından vəfat etdiyini eşidib və Biləsuvar qəbristanlığında dəfn ediblər. İş materiallarında olan AZE seriyalı 15267739 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 071827 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sirac Məhəmməd oğlu ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-1342 saylı məktubundan görünür ki, X2 ölüm faktının qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-1-41/2- M-23-xx-xx/2024 nömrəli cavab məktubundan görünür ki, Telnov küçəsi 23/47, mənzil 874 ünvanında qeydiyyatda olan X2 7 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəlik ilə əlaqədar son illər ərzində müraciət etməməsi, ölüm hadisəsinin qəfl baş verməsi səbəbinə görə ölüm haqqında sənəd (Forma 106) verilə bilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Xətai rayonu, Telnov küçəsi 23/47, mənzil 874 ünvanına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “ürəyin qəfləti dayanması ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 00916081 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1980-cı il tarixdə Cəbrayıl rayonunda doğulan X4 1993-cü ildə daimi yaşadığı Cəbrayıl rayonunu tərk etmiş, hazırda ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1980-cı il təvəllüdlü vətəndaş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Biləsuvar rayon qəbristanlığına dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1980-cı il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iş üzrə ərizəçi məcburi köçkün olmaqla dövlət rüsumunu ödəməkdən azad olduğundan ondan dövlət rüsumu alınmamalı, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-cı il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Dövlət rüsumu Dövlət büdcəsinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7614/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7614/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver