Məhkəmə qərarları › İş №2(011)-7650/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7650/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7650/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü atası X2 xx.xx.2023-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən xx.xx.1969-cu il təvəllüdlü atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 xx.xx.1969-cu il tarixdə Bakı şərində anadan olub. Ərizəçinin atası 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Namiq Əliyarov küçəsi, ev 31 ünvanında yerləşən evdə özünü asaraq intihar etdərək rəhmətə getmişdir. Rəhmətə gedərkən Təcili və X6 103 xidmətinə müraciət edilmişdir. Həkim gəlib atasının rəhmətə getməsi ilə bağlı arayış təqdim etmişdilər. Atasının intihar etməsi ilə bağlı 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul etmişdir. Atası Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbə qəbirstanlığında dəfin edilmişdir. Ərizəçi bildirir ki, ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar imtina vermişdilər. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflərindən ölümün qeydə alınması mümkün olmadığından ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X13 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 14 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümü ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarının 4.4.4 və 4.4.5 bəndinə əsasən, 2019-cu il tarixdən poliklinikaya müraciətinin olmaması, ölüm səbəbinin məlum olmadığı üçün müəssisə tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 01/138 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixində vəfat etmiş və Əhmədli kənd qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1969-cu il də anadan olmuşdur. İş materiallarında olan, Bakı şəhər Xətai rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Xətai rayon prokurorunun böyük köməçisi, İ dərəcəli hüquqşünas X10 icraatında olan X1 özünü öldürməsi faktına görə toplanmış 515-C-23 saylı materialı nəzərdən keçirərək, X1 intihar etməsi faktı üzrə toplanmış 515-C-23 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul etmişdir. İş materiallarında olan, Bakı Şəhəri Təcili və X8 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 adına çağırış yerinə həkim Hüseynov Arzu gəlmiş, həkimə qədər ölüm diqanozu qoyulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölüb, mərhum ölən günə kimi ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X1 qəbiri vardır. İş materiallarında olan, ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhumun bacısıdır, qardaşı xx.xx.2023-cü ildə Əhmədlidə yerləşən evlərinin həyətində ölmüşdür. Şahid ifadəsində bildirdi ki, ataları xəstə olduğu üçün ona qulluq etmək üçün qardaşının evinə tez tez gedirdi. Mərhum ürək xəstəsi idi, iki dəfə infarkt olub, ikinci dəfə əməliyyat olmuş, elə həmin əməliyyatdan sonra özünü çox pis hiss etdiyini bildirmiş, spirtli içkilərə aludəçiliyi yaranmışdır. Qarabağda müharibədən gəldikdən sonra psixologiyasında pozuntular olmuşdur. Hadisə zamanı şahid atası evində olmuş, qardaşı qızının həyətdən gələn səsinə nəzər etdikdə qardaşının oturduğunu onlara reaksiya vermədiyini görmüş, yanına getdikdə isə artıq öldüyünü anlamış və Elşadı çağırtdırmışdır. Mərhumu anasının qəbrinin yanında Əhmədli qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçinin qapı bir yanbayan qonşusu olmuş. Həmin gün məhlədə qapıda dayandığı vaxt gələn səsküy tərəfə getmiş və həyətə daxil olduqda mərhumun nərdivanın üstündə boynunda ip çiynindən asıldığını görmüş, dərhal təcili tibbi yardım çağıraraq, mərhumu Afət xanımla birgə yerə uzatmışlar. Mərhum xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında ölmüş, Əhmədli qəbirstanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar