Məhkəmə qərarları › İş №2(011)-7663/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7663/2024

29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7663/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1951-ci il tarixində anadan olmuş birlikdə yaşadığı X8 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X14 xx.xx.1951-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri “Zeytunluq” qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum X14 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AA1558780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1951-ci il anadan olmuş, onun atası X12, anası isə X4. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikasının 18-1-1-40/2-135/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respulikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən, Ərizəçi ünvan 1 ünvanında 24 aprel 2004-cü il tarixindən qeydiyyatdadır. xx.xx.1941-ci il təvəllüdlü X5, xx.xx.1996-cı il təvəllüdlü X1 və xx.xx.1951-ci il təvəllüdlü X14 həmçinin həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15- 1585/24 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yaşayan Ərizəçi xx.xx.2024-cü il tarixli “X8 ölüm faktının qeydə alınması” ilə bağlı müraciətinə baxılaraq bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 145 saylı qərarı ilə təstiq edilmiş “Vətandaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq X8 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 3-16-5xx-xx-10611/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, valideynləri X12 ilə X2 xx.xx.1951-ci il təvəllüdlü Nadejda Dudenkovanın doğumunun Maraqlı şəxsndə qeydə alındığı müəyyən edilmişdir. Dudenkova (Mişina) X15 Aleksandr İvanoviçlə xx.xx.1967-ci ildə nikaha daxil olmuşdur. Bu nikahın pozulması xx.xx.1971-ci ildə Səbail rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Bu nikahdan xx.xx.1969-cu il təvəllüdlü Qennadiy Mişinin doğumu Maraqlı şəxsndə qeydə alınmışdır. Mişina (Roqova) Nadejda İvanovna xx.xx.1990-cı ildə həmin qeydiyyat şöbəsində X7 nikaha daxil olmuşdur. Sonuncu xx.xx.2014-cü ildə vəfat etmişdir. Baxış keçirilən zaman Nadejda Roqovanın ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında qeyd etmişdir ki, X8 73 yaşı var idi. Ərizəçi ona qulluq edirdi. Ərizəçi xx.xx.2024-cü il tarixdə gəldi ki, halı pisdi. Təxmini saat 12-dən sonra gedib onlara. X8 halı yox idi, deyirdi ölürəm. Onlarda təcili tibbi yardımı çağırıblar. Təcili tibbi yardım gələnədək rəhmətə getdi. Zığda “Zeytunluq” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında qeyd etmişdir ki, X14 ilə bir yerdə işləyəndə tanış olublar, artıq 34 ilə yaxındır. Çox vaxt yanlarına gedib, onlarda dincəlirdi. Sonra X14 xəstələndi. Ərizəçi onu həkimlərə aparırdı. Sonra Ərizəçi səhər ona yığıb deyib ki, X14 rəhmətə gedib. Səhər onların evi gedib, sonra aparıblar Zığdaki qəbirsanlıqda basdırıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında qeyd etmişdir ki, Ərizəçi 25 ildir tanıyır. O yas mərasimində olmayıb. Lakin görüb ki, X14 11 ildir onlarla yaşayıb. Ərizəçi ona baxırdı. Ona Ərizəçi dəfndən sonra telefonla əlaqə saxladı ki, X14 dəfn olundu. X14 razı idi Ərizəçi. Ərizəçi dəfn zamanı hər şeyi qayda qanunla etmişdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X8 xx.xx.2024cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi mərhum X8 qohumu deyil. Lakin X14 ərizəçinin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 98, 68 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda mərhum X8 ərizəçinin mülkiyyətində olan mənzildə qeydiiyatda qalması sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, ərizəçi mülkiyyətçi kimi ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 98, 68 nömrəli mənzilə dair sərbəst şəkildə sərəncam verə bilmir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixində Bakı şəhərində anadan olmuş X8 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar