Məhkəmə qərarları › İş №2(011)-7724/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7724/2025

28.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7724/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Məhərrəmova Aysel İsrafil qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Maraqlı tərəf Maraqlı şəxs ilə ərizəçinin birgə nikahından 1 (bir) uşaqları doğulub. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə əsasən övladları X4 (xx.xx.2015-ci ildə doğulub) birinci tərəfin ərizəçinin, (ananın) yanında qalması, tərəflər uşaqları ilə ünsiyyət saxlamaları, Tərəf 2 (Maraqlı şəxs) Tərəf 1-ǝ, (Ərizəçi) birgə nikahdan doğulmuş X1 üçün 2025-ci ilin iyun ayının 1-dən etibarən hər ayın 5-nə qədər 300 (üç yüz) AZN məbləğində aliment ödənilməsini öhdəsinə götürür. Tərəf 1 isə atanın uşaqları ilə istənilən zaman maneəsiz görüşməsinə etiraz etmir.

2. Qeyd edilənlərə baxmayaraq Tərəf 2 yəni Həsənov X7 Sazişinə əməl etmir və könüllü şəkidə icra etmir. "AMAL Kommunal" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ailə tərkibi haqqında arayışla müəyyən edilir ki, Ərizəçi və X4 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tüsi, küçəsi, ev 55, mənzil 26-da yaşayırlar.

Ərizəçinin tələbi:

3. İkinci tərəf, Maraqlı şəxs ilə ərizəçi arasında Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi xx.xx.2025-ci il tarixində ərizənin dəqiqləşməsi ilə bağlı məhkəməyə müraciət edərək, Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2ci və 3-cü bəndinin təsdiq edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onlar arasında barışıq sazişi 13 may 2025-ci il tarixdə bağlanmışdır. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin 2-ci və 3-cü bəndinin təsdiq edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ciil tarixli 841 saylı arayışına əsasən, X10 2024/20258-ci tədris ilində Bakı Şəhəri Xətai rayonu İlqar Cəfərov adına 260 saylı Məhkəməsinin 2(011)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qətnaməsinə əsasən, X9 tam orta məktəbin 4b sinfini bitirib və 5b sinfinə keçib.

9. AZ-İİ 012065 №li Nikah haqqında şəhadətnaməyə əsasən, X8 ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixində Ucar rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə 6 №-li akt qeydi aparılmışdır.

10. “Amal Kommunal” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/16 saylı ailə tərkibi haqqında arayışa əsasən, Ərizəçi və X10 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 55 saylı binanın 26 №-li mənzilində qeydiyyatsız kirayədə yaşayır.

11. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/xx/xx-00377 №-li mediasiya prosesinə xitam verilməsi haqqında protokola əsasən, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir.

12. MŞB/20/2025-00377 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən,

2. Tərəf 2 (Maraqlı şəxs) Tərəf 1 (Ərizəçi) ilə birgə nikahından doğulmuş övladı xx.xx.2015-ci il təvəllüdlü X4 ana Ərizəçi himayəsində qalmasına etiraz etmir.

3. Tərəf 2 (Maraqlı şəxs), Tərəf 1 (Ərizəçi)-ə birgə nikahdan doğulmuş övladı X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2025-ci ilin iyun ayının 1-dən etibarən, hər ayın 5-nə qədər 300 (üç yüz) manat aliment məbləğini 4098 5844 9699 9259 nömrəli hesaba ödəməyi öz öhdəsinə götürür.

13. Digər sənədlər.

Tətbiq edilən hüquq: 14.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.

18. Ərizəçinin tələbi Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2-ci və 3-cü bəndinin təsdiq edilməsidir.

19. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin qeyd edilən bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 3-ci bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.

20. Lakin, Sazişin 2-ci bəndi uşağın himayəyə verilməsi ilə bağlıdır ki, hazırki icraat üzrə uşağın ən üsütn marağının məhkəmə tərəfindən müəyyən edilməsi mülki prosessual qanunvericiliyin tələbi baxımından qeyri-mümkündür. Bu bənd barışıq sazişinin bu bəndi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmışdır. Bu səbəbdən məhəkəmə ərizəni Sazişin 2-ci bəndinin təsdiq edilməsi hissəsində təmin etmir.

21. Beləliklə, məhkəmə Barışıq sazişini “2-ci tərəf könüllü olaraq 1-ci tərəfin təklifini qismən qəbul etdi və 1-ci tərəflə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları X2 himayəsində saxlanması və xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 225 manat olmaqla, cəmi 450 manat alimentin tutularaq X3 verilməsini öhdəlik götürdü.” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə qismən təmin edilsin.

2. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00377 nömrəli barışıq sazişinin aşağıdakı bəndi (3-cü bəndi) bu məzmunda təsdiq edilsin: “3. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi birgə nikahdan doğulmuş övladı xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmsaı üçün 2025-ci ilin iyun ayının 1-dən etibarən, hər ayın 5-nə qədər 300 (üç yüz) manat aliment məbləğini 4098 5844 9699 9259 nömrəli hesaba ödəməyi öz öhdəsinə götürür.”

3. Ərizə qalan hissədə təmin edilməsin

4. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar