Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7780/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi MMC-nin mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi MMC mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışıdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, D109 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetiri məməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində Maraqlı şəxs i 31 okltyabr 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci ıl tarixinə qədər Borclunu ödəməli olduğp 3000 (üç min) manat ilkin ödəniş edildikdən sonra qalan borc 56300 (əlli altı min üç yüp) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) ay müddətinə verilir Ərizəçinin nümayəndəsi X3 məhkəmə iclasında ərizənin mahiyyətinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı hesab edilərək Ərizəçi MMC ilə Maraqlı şəxs arasında ağlanılmış 31 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli, D109 saylı lizinq müqaviləsinnə görə Lizinq verən satıcıdan əldə edəcəyi Bakı şəhəri, Yasamal rayonu. X10 prospekti, 52. M12 m. 3 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini Lizinq verənnə ödəməyi öhdəsinə götürür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 60.000 (altmış min) manat müəyyən edilir. İş materiallarında olan Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X4 tərəfindən təsdiq edilmiş 31 avqust 2022-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər 12 aprel 2022-ci il tarixli, D109 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə dair mübahisə üzrə aşağıda göstərilən barışığın şərtləri barədə razılaşmışdırlar: - Tələbkar 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. - Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Yasamal rayonu. X10 prospekti, 52. M12 m. 3 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır. - Tərəflər razılaşırlar ki 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 3000 (üç min) manat ilkin ödəniş edildikdən sonra 56300 (əlli altı min üç yüz) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla 12 (on iki) ay müddətinə verilir. - Borclu 12 (on iki) ay ərzində lizinq üzrə əsas məbləği və lizinq mükafatını tam ödəmək məsuliyyətini öz üzərinə götürür. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ minimum 3000 (üç min) manat müəyyən olunur, ödənişin aparılmalı olduğu gün hər ayın 28-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu| Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardı. - Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 28 oktyabr 2023- ci il tarixə qədpr ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında 31 avqust 2022-ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən tərəflər tələbkar 12 aprel 2022-ci il tarixli, D109 saylı saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 28 oktyabr 2023-cü il tarixinə qədər möhlət verir, Borclu bu müddət ərzində borcu Tələbkara tam ödəyir, müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Yasamal rayonu. X10 prospekti, 52. M12 m. 3 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır, Tərəflər razılaşırlar ki 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 3000 (üç min) manat ilkin ödəniş edildikdən sonra 56300 (əlli altı min üç yüz) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla 12 (on iki) ay müddətinə verilir. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə müəyyən edilmiş şərtləri icra etməkdən imtina etmişdir. Bu hal, işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 31 avqust 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs X1 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X4 tərəfindən təsdiq edilmiş 31 avqust 2022 -ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tələbkar 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. - Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Yasamal rayonu. X10 prospekti, 52. M12 m. 3 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır. - Tərəflər razılaşırlar ki 12 aprel 2022-ci il tarixli, D109 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 3000 (üç min) manat ilkin ödəniş edildikdən sonra 56300 (əlli altı min üç yüz) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla 12 (on iki) ay müddətinə verilir. - Borclu 12 (on iki) ay ərzində lizinq üzrə əsas məbləği və lizinq mükafatını tam ödəmək məsuliyyətini öz üzərinə götürür. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ minimum 3000 (üç min) manat müəyyən olunur, ödənişin aparılmalı olduğu gün hər ayın 28-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardı. - Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 28 oktyabr 2023- ci il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7780/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7780/2022
12.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver