Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7804/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs2 və 16 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs2 arasında Bakı 16 saylı mediasiya təşkilatında mediasiya reyestrində MŞB/16-001507 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə bağladığımız xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşı Maraqlı şəxs2 ilə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Həyat yoldaşı Maraqlı şəxs2 qısa müddət mehriban yaşayıblar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmaqlarını sübut etdi. Ayrılmaqlarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmaqlarıdır. Hal-hazırda heç bir əlaqələri qalmamışdır və nikahları sadəcə rəsmiyyətdədir. Ayrılmaq qəti qərarı olduğu üçün hal-hazırda yalnız nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət edib və iş hakim Pərviz Zamanlının icraatındadır. Məhkəməyə müraciət etməmişdən öncə o, nikahın pozulması, 220 manat aliment və uşağın 3 yaşına çatana kimi 100 manat aliment üçün Mediasiya Şurasına müraciət etmiş. Cavabdeh Mediasiya Şurasında nikahın ləğvini, uşağın onun yanında qalmasını və azyaşlı oğlunun saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit məbləğdə aliment ödəməsi barədə razılığa gəlmişlər və yalnız bu hissədə aralarında Medisasiya Şurasinda barışıq sazişi bağlanmışdır. Lakin cavabdeh uşağın 3 yaşına çatana kimi 100 manat alimentin anaya ödənilməsindən imtina etmişdir. Hal-hazırda cavabdeh aliment ödəməkdən imtina edərək alimenti ödəməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişində uşağları üçün hər ay 220 manat sabit pul məbləğində alimentin anaya verilməsi barədə məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsina baxmayaraq, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində banşıq sazişinin könüllü icrasından imtina edir. Nəticədə barışıq sazişinin könüllü icraşı üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Ona görə də, hazırda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə vermək məcburiyyətində qalmışdır, Hesab edir ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış banışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməlidir. Ərizəçi məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilərək Barışıq Sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində Maraqlı şəxs2 izahatında bildirdi ki, Barışıq sazişinin 220 manat alimentin tutulması hissəsində təsdiq edilməsinə etiraz etmir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, Tərəflər (Ərizəçi və Maraqlı şəxs2) xx.xx.2022-ci il tarixində 6 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi 595 No. li nikah akt qeydinin pozulması barədə razılıga gəldilər. 2-ci tərəf ( Maraqlı şəxs2 oglu) tərəflərin birgə nikahından doğulmuş X1 1-ci tərəfin yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (X5 ) 1Ci tərəfə ( Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Alimentin ödənilməsi 2023-cü ilin avqust ayından başlayaraq hər ayın 1-dən 5-nə kimi 1-ci tərəfin ( Ərizəçi) kart hesabına ödəniləcəkdir. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığl gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmlıdır. Tərəflər Sazışdən irək gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən.Sazışın könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa. Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfın qeyd olunan tədbirləri görmək üçün çəkdiyi hüquqı xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. 0. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya munasibətə yol verməyəcəkdir. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz Sazışın hər hansı muddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar huquqi qüvvəsini saxlayacaqdır. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşunasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək huququ vardır. Tərəflər razılaşırlar kı, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Əgər Tərəflər arasında ayrı şərt muəyyən edilməyibsə, həmçinin barışıq sazışının təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər bini mediasiya zamanı əldə olunan butun məlumatların (o cumlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbusu, mediasıyaya və mubahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s) konfidensıallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbıtra) (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək huququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazışın məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. bu məlumatı bilmələri vacıb olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə. Sazışın hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu vddıalarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə) Tərəflər arasında digər razilaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bır şarh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfihyın pozulması hesab edilməyəcəkdir. Tərəflər bu Sazışlə üzərlərinə götürdükləri öhdəlikləri tam və ya qısmən icra edilməməsinə göra məsulhyyətdən o vaxt azad olunurlar k bu azad etmə Sazışm bağlanmasından sonra yaranmış Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın,zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazışın icrası mumkun olmadıqda, onun icras həmin halın mövcud olduğu muddət ərzində dayandırılır. Fors-maqor hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən (uç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors-maşor hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyə: Tərəf Sazış uzrə öhdəliklərini icra edə bilmədikdə fors-maior hallarına istinad etmək hüququnu itirir. Forsmayor hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-maqor hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya dig: səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. Sazış tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədə qüvvədədir. Bu Sazış Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nusxədə tərti edilmişdir. Sazış hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflən tələbi ilə muvafıq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və Maraqlı şəxs2 xx.xx.2022-ci ildə nikah bağlamışlar. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü ildə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxs2dur. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, sazişə əsasən, Tərəflər (Ərizəçi və Maraqlı şəxs2) xx.xx.2022-ci il tarixində 6 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi 595 No. li nikah akt qeydinin pozulması barədə razılıga gəldilər. 2-ci tərəf ( Maraqlı şəxs2 oglu) tərəflərin birgə nikahından doğulmuş X1 1ci tərəfin yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (X5 ) 1Ci tərəfə ( Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Alimentin ödənilməsi 2023-cü ilin avqust ayından başlayaraq hər ayın 1dən 5-nə kimi 1-ci tərəfin ( Ərizəçi) kart hesabına ödənilməsi barədə razılığa gəlmişdirlər, Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, narışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, xüsusi icraat qaydasında verilmiş ərizə üzrə hazırda, ərizəçinin nümayəndəsi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16-001507 qeydiyyat nömrəli “Barışıq sazişi” alimentin tutulması hissəsində təsdiq edilsin. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7804/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7804/2023
20.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver