Məhkəmə qərarları › İş №2(011)-7870/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7870/2025

17.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7870/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Vyasçeslavovna Maraqlı şəxs cəlb etməklə “barışıq sazişinin təsdiqlənməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi Vyasçeslavovna xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X3 (birinci tərəf) Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/25/-00342 saylı Barışıq sazişinin təsdiq edilməsinə və Maraqlı şəxs xx.xx.2025-ci il tarixli MŞB/18/25/-00342 saylı barışıq sazişinin 1-ci bəndinə əsasən 9900 AZN puyl vəsaitin, ərizənin məhkəməyə verilməsi üçün 100 manat miqdarında dövlət rüsumunun X1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxslə 2022-ci ilin payız aylarında “Bageİ Bar” kafesində birgə işlədiyi vaxt tanış olmuşdur. Aralarında yaranan səmimi münasibətdən istfadə edərək Maraqlı şəxs müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə ondan borca pul almağa başlamışdır. İlkin olaraq anasının xəstə olması və əməliyyatına təcili pul lazım olduğunu bildirmişdir. Bu bəhanə ilə iddiaçıdan 2000 manat pul almışdır. Bundan sonra onların arasındakı münasibət daha da inkşaf etmiş, cavabadeh ümumi olaraq ondan 10.700 manat məbləğində pul vəsaitini borc adı ilə götürmüşdür. Hazırda uzun müddət keçdiyindən pulların verilməsinin dəqiq vaxtını xatırlamasa da, təqribən 2022-ci ilin dekabr- 2023-cü ilin fevral aylarında təsadüf edirdi. Bununla bağlı xx.xx.2025-ci il tarixdə ərizəçi tərəfindən maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə prosesinin gedişatı zamanı Maraqlı şəxslə aparılan danışıqlar əsasında əldə edilmiş razılaşmaya əsasən xx.xx.2025-ci il tarixdə 18 saylı Mediasiya təşkilatında saziş imzalanıb. xx.xx.2025-ci il tarixli MŞB/18/25/-00342 saylı barışıq sazişinin şərtlərinə əsasən tərəflər aralarında olan məhkəmə mübahisəsini aşağıdakı şərtlərlə barışıq sazişi bağlamaqla həll edirlər: 1.Tərəflər razılaşırlar ki, Maraqlı şəxs Karpoviçin Ərizəçi olan ümumi borcu 7500 AZN təşkil edir, borcun 1000 AZN olan hissəsini mediasiya sazişi bağlanan vaxt, borcun yerdə qalan 6500 AZN olan hissəsini isə 2025-ci ilin iyun ayından başalayaraq hər ayın 1-i 300( üç yüz) manat olmaqla Ərizəçi kart hesabına köçürməklə ödəməyi öz öhdəsinə götürür. Ödəniş 10 gündən artıq gecikdirildiyi halda yaranmış borc 11500 AZN olduğu qəbul edilir və bununla bağlı məhkəməyə müraciət edilir. 2. Tam mediasiya xərcini (100 AZN) Ərizəçi, (200 AZN) isə Maraqlı şəxs ödəyir. Bundan Maraqlı şəxs saziş üzrə üzərinə düşən öhdəlikləri vaxtında və tam şəkildə icra etməkdən imtina etmişdir. Maraqlı şəxs saziş bağlanan zaman 1000 AZN, 13 iyun 2025-ci ildə ( 3 gün gecikmə ilə ) 300 AZN, 12 avqust 2025-ci ildə (32 gün gecikmə ilə) 300 AZN pul vəsaitini ödəmişdir. Bununla da Maraqlı şəxs xx.xx.2025-ci il tarixli MŞB/18/25/-00342 saylı barışıq sazişinin 1-ci bəndinə əsasən, yəni hər ayın 1-i 300 AZN pul vəsaitini ödəmək öhdəliyini yerinə yetirməyib. Hazırda Maraqlı şəxs Ərizəçi qarşısında 9900 AZN məbləğdə borc öhdəliyi yaranmışdır ( 11500-1000-300-300=9900 AZN ) . Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi Vyasçeslavovna ilə Maraqlı şəxs arasında bağlanmış 18 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər arasında olan məhkəmə mübahisəsini (İddiaçı Ərizəçi Vyasçeslavovna cavabdeh Maraqlı şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Həmin iş (iş № 2(003)-1896/2025) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi cənab Əkrəm Qəhrəmanovur icraatındadır.) mediasiya vasitəsilə aşağıdakı şərtlərlə barışıq sazişi bağlamaqla həl edirlər:

1. Tərəflər razılaşırlar ki, İİ Tərəfin l Tərəfə olan ümumi borcu 7500 (yeddi min beş yüz) manat təşkil edir, borcun 1000 (min) manat olan hissəsini mediasiya sazişi bağlanan vaxt, borcun yerdə qalan 6500 (altı min beş yüz) manat olan hissəsini isə 2025-ci ilin iyun ayından başlayaraq hər növbəti ayın 1-i 300 (üç yüz) manat olmaqla **********423494 Leobank kart hesabına köçürməklə ödəməyi öz öhdəsinə götürür. Ödəniş 10 (on) gündən artıq gecikmə olduğu təqdirdə yaranmış borcun 11500 manat olduğu qəbul edilir və bununla bağlı məhkəməyə müraciət edilir.

2. Tam mediasiya xərcini (100 manat) İ Tərəf və tam mediasiya xərcini (200 manat) İİ Tərəf ödəyir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Vyasçeslavovna ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazışı imzalanmışdır. Lakin, Maraqlı şəxs üzrə öhdəliyinin bir qismini, yəni 1600 (1000+300+300) manat hissəsini icra etsə də, qalan hissəsini ərizəçiyə ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin “Maraqlı şəxs xx.xx.2025-ci il tarixli MŞB/18/25/-00342 barışıq sazişinin 1-ci bəndinə əsasən 9900 manat pul vəsaitinin alınaraq Ərizəçi Vyasçeslavovnaya ödənilməsi hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə pulun ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi Vyasçeslavovna ilə Maraqlı şəxs arasında MŞB/18/2025-00342 saylı, xx.xx.2025-ci il tarixli, 18 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, İİ Tərəfin İ Tərəfə olan ümumi borcu 7500 (yeddi min beş yüz) manat təşkil edir, borcun 1000 (min) manat olan hissəsini mediasiya sazişi bağlanan vaxt, borcun yerdə qalan 6500 (altı min beş yüz) manat olan hissəsini isə 2025-ci ilin iyun ayından başlayaraq hər növbəti ayın 1-i 300 (üç yüz) manat olmaqla **********423494 Leobank kart hesabına köçürməklə ödəməyi öz öhdəsinə götürür. Ödəniş 10 (on) gündən artıq gecikmə olduğu təqdirdə yaranmış borcun 11500 manat olduğu qəbul edilir və bununla bağlı məhkəməyə müraciət edilir.

2. Tam mediasiya xərcini (100 manat) İ Tərəf və tam mediasiya xərcini (200 manat) İİ Tərəf ödəyir. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq Ərizəçi Vyasçeslavovnaya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar