Məhkəmə qərarları › İş №2(011)-7908/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7908/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7908/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “aliment borcunun ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “aliment borcunun ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs2 ilə aralarında 25 aprel 2023-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahdan anadan olmuş övladları 12 noyabr 2009-cu il təvəllüdlü X5 və 16 mart 2021-ci il təvəllüdlü X1 üçün 01 may 2023-ci il tarixindən (hər ayın 01-05nədək) başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, ümumi olaraq 300 (üç yüz) manat alimenti ödəməyi üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Maraqlı şəxs2 ilə 25 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 1710 nömrəli akt ilə nikaha daxil olmuşdur. Daha sonra cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş övladları 12 noyabr 2009-cu il təvəllüdlü X5 və 16 mart 2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Uzun müddətdir ki, Maraqlı şəxs2 övladlarına heç bir maddi yardım göstərmir. Uşaqlara tək baxmaq ərizəçi üçün çox çətindir. Belə ki, cavabdehlə 25 aprel 2023-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahdan doğulmuş övladları 12 noyabr 2009-cu il təvəllüdlü X5 və 16 mart 2021-ci il təvəllüdlü X1 üçün 01 may 2023-ci il tarixindən (hər ayın 01-05-nədək) başlayaraq hər ay hər uşaq üçün 150 (üç yüz) manat ümumi olaraq 300 (altı yüz) manat alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin aralarında qeyd olunan məzmunda barışıq sazişi olmasına baxmayaraq cavabdeh barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirmir. Nəticədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Ona görə də, hazırda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə vermək məcburiyyətində qalır. Beləliklə, hesab edir ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməlidir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 25 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etdi. Digər maraqlı şəxs Bakı 16 saylı Mediasiya təşkilatı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs2 birgə nikah münasibətlərindən 12 noyabr 2009-cu il təvəllüdlü X5 və 16 mart 2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 25 aprel 2023-cü il tarixli, MBŞ/16-00763 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs2 birgə nikahdan anadan olmuş 12 noyabr 2009-cu il təvəllüdlü X3 və 16 mart 2021-ci il təvəllüdlü X2 üçün hər ayın 01-05 tarixləri aralığında Ərizəçi adına açılmış bank hesabına hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Ərizəçi ödənilməsinə razı olmuşdur. İlk ödəniş 2023-cü ilin iyun ayında olacaq və may və iyun ayı üçün ümumilikdə 600 manat ödəniş olunacaq. Maraqlı şəxs2 birgə nikahdan anadan olmuş 12 noyabr 2009-cu il təvəllüdlü X3 və 16 mart 2021-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin oktyabr ayından etibarən hər ayın 01-05 tarixləri aralığında Ərizəçi adına açılmış bank hesabına hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin Ərizəçi ödənilməsinə razı olmuşdur. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 25 aprel 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs2 tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, MBŞ/16-00763 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 və Ərizəçi arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, MBŞ/16- 00763 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs2 birgə nikahdan anadan olmuş 12 noyabr 2009-cu il təvəllüdlü X3 və 16 mart 2021-ci il təvəllüdlü X2 üçün hər ayın 01-05 tarixləri aralığında Ərizəçi adına açılmış bank hesabına hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəyəcək. İlk ödəniş 2023-cü ilin iyun ayında olacaq və may və iyun ayı üçün ümumilikdə 600 manat ödəniş olunacaq.

2. Maraqlı şəxs2 birgə nikahdan anadan olmuş 12 noyabr 2009-cu il təvəllüdlü X3 və 16 mart 2021-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin oktyabr ayından etibarən hər ayın 01-05 tarixləri aralığında Ərizəçi adına açılmış bank hesabına hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat aliment ödəyəcək.

Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar