Məhkəmə qərarları › İş №2(011)-7976/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7976/2024

10.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7976/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında 04 sentyabr 2024-cü ildə Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə yaşayış dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 356, M 17, mənzil 13-ün maraqlı şəxsin 1/2 payın ərizəçinin xeyrinə imtina edilməsi üçün müraciət etmişdir. Hazırkı iş üzrə Maraqlı şəxs1 ilə aralarında ünvan 1 ünvanda yerləşən Maraqlı şəxs1 adına rəsmi qeydiyyatda olan mənzilin 1/2 pay hüququnun Maraqlı şəxs1 ərizəçinin xeyrinə imtina etmişdir və 04 sentyabr 2024-cü il tarixdə Bakı 13 saylı X1 sazişi imzalanmışıdır. 04 sentyabr 2024-cü il tarixində barışıq sazişinin bağlanılmasına baxmayaraq, Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində 04 sentyabr 2024-cü il tarixli, MBŞ/13/2024-01390 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs1 birgə nikah dövründə əldə etdikləri xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ünvan 2 ünvanında yerləşən 2-ci tərəf Maraqlı şəxs1 adına rəsmi qeydiyyatda olan mənzilə olan 1/2 pay hüququndan 1-ci tərəf Maraqlı şəxs1 2-ci tərəf Ərizəçi xeyrinə imtina etməsi barədə razılaşdılar. Təqdim edilmiş əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Maraqlı şəxs1 tam mülkiyyətindədir. Ərizəçi hazırda tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Lakin Maraqlı şəxs1 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

“Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 04 sentyabr 2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs1 tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli, MBŞ/13/2024-01390 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizə təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində rüsum ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Maraqlı şəxs1 və Ərizəçi arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli, MBŞ/13/2024-01390 nömrəli Barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin:

1. Ərizəçi Maraqlı şəxs1 birgə nikah dövründə əldə etdikləri xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ünvan 2 ünvanında yerləşən Maraqlı şəxs1 adına rəsmi qeydiyyatda olan mənzilə olan 1/2 pay hüququndan Maraqlı şəxs1 Ərizəçi xeyrinə imtina etməsi barədə razılaşdılar.

Qətnamə dərhal icra edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar