Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-80/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh2 Saitin, onun nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saitə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saitə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun, yəni İddiaçı 2015-ci il tarixdə Rusiya Federasiyası ilə ticarət əlaqələri olmuşdur. Oradan Azərbaycan Respublikasına və ya buradan Rusiya Federasiyasına müxtəlif vaxtlarda müxtəlif çeşiddə mallar aparmışdır. Həmin dövrdə onun yanında işləyən X1 Türkiyə vətəndaşı olan X8 xahiş edərək özünə məxsus santexnika mallarını onun anbarına yerləşdirmişdir. Həmin malların ümümi dəyəri 2015-ci ildə 17000 (on yeddi min) manat məbləğində olmuşdur. Sözügedən mallar onun ambarından satılmış və pulları Mehmet Nürdağ almışdır. Onun anbarından istifadə etdiyinə görə Cavabdeh2 üzərinə düşən öhdəliyi dəfələrlə söz versə də indiyə qədər ödəməmişdir. O, 2015-ci il tarixdə həmin bu şəxslə yəni Türkiyə vətəndaşı olan Cavabdeh2 Sait oğlu ilə tanış olmuşdur. Tanışlıqlarından bir müddət keçəndən sonra iş üzrə Cavabdeh2 ilə əməkdaşlıq etmək barəsində şifahi razılığa gəlmişlər. Razılıqdan sonra o, Cavabdeh2 Sait oğlundan X3 ilə birlikdə indiqatorlar götürmüşlər, indiqatorların tam işlək vəziyyətdə olması və heç bir probleminin olmamasına Cavabdeh2 şifahi zəmanət vermişdir. Belə ki, onunla dosluq münasibətində olduğundan ondan heç bir yazılı zəmanət almamışdır. Mallar satıldıqca cavabdehə pullar tam şəkildə ödənilmişdir. Sonradan qalan malların, yəni indiqatorların bir hissəsinin satılması üçün onun tərəfindən RF-da müştəri tapılmışdır. O, Cavabdeh2 Sait oğlunun təşəbbüsü ilə və razılığı olaraq həmin malları RF-a göndərmişdir. Malların Rusiyaya göndərilməsi onun xərci hesabına olmuşdur. Belə ki, Cavabdeh2 ilə razılaşma olmuşdur ki, onun pul vəsaiti olmadığından ilkin xərcləri o, çəkir, amma sonradan xərclər yarıbayarı olaraq onun tərəfindən də ödənildəcəkdir. Həmin dövrdə onun maddi durumu tamamilə olmadığından ona gündəlik cib xərcliyi də onun tərəfindən ödənilirdi. Cavabdeh2 söz vermişdir ki, pulların hamısı tam olaraq ona qaytarılacaqdır. Lakin baş vermiş satışdan az bir vaxt keçərək müştərilər tərəfindən malların bir qisminin brak olduğu bildirilmişdir, (qablaşdırılmada brak mallar alt hissəyə yığıldı üçün satışdan qabağ aşkar olunması mümkün olmamışdır). Bütün yol və gömrük xərclərini (4800 ABŞ dolları) yalnız o, ödəmişdir. Halbuki, bu pulların tam yarısını iş üzrə Cavabdeh2 ödəməli idi. O, ümumi şəkildə 2015-ci il tarixdən 2017-ci ilə qədər iş üzrə Cavabdeh2 külli miqdarda pul ödəmişdir. Bu pul məbləğlərinin ödənilməsində onunla birlikdə işləyən şəxslər şahidlik ediblər. Malların brak olduğu üçün indiqatorların geri qaytarılaraq verilən pulun qaytarılması tələb olunmasına baxmayaraq Cavabdeh2 malların götürülməsindən və pulların geri qaytarılmasından müxtəlif yollarla yayınmağa başlamışdır. Məhz yalnız bir epizod üzrə onların birgə biznes fəaliyyətləri ilə bağlı ona Cavabdeh2 tərəfindən 26000 ABŞ dolları ziyan vurulmuşdur. Bu işlərdə onun üzərinə düşən pul məbləğinin bir hissəsinin Rusiyada olan alıcılara qaytarılması zamanı iş üzrə digər Cavabdeh1 da ona faktiki olaraq ziyan vurmuşdur. Belə ki, qaytarılmalı olan pul məbləği qaytarılması məqsədi ilə ona verilsə də, sonuncu pulu aidiyyatı üzrə verilməli olan şəxslərə çatdırmamışdır. Sonradan pulun qaytarılmasına söz versə də, maddi imkanının çətin olduğunu əsas gətirərək ona qaytarmamışdır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq yenidən qohum əqrabasından pul yığaraq həmin pul məbləğlərini lazımı şəxslərə çatdırmışdır. Göründüyü kimi bir dəfə qaytarmalı olduğu pul məbləğini borclu qalmamaq üçün 2 dəfə qaytarmaq məcburiyyətində olmuşdur. Bundan başqa o, 2017-ci il tarixində Bakı şəhərində Türkiyə vətəndaşı olan X4 ona borcunu ödəməsi üçün birgə biznes fəaliyyəti ilə bağlı müqavilə imzalamışdır. Qeyd olunan müqavilədə Belarusiyadan Azərbaycan Respublikasına kartof gətirilməsi göstərilmişdir. Lakin işin həcmi böyük olduğundan digər şəxsin maliyyələşdirilməsində ehtiyacı var idi və bu şəxs onun tərəfindən cəlb olunmuşdur. Cavabdehin biznes qanunlarına və tələblərinə riayət etmədiyi üçün investor tərəfindən kartof məhsulun Azərbaycana gətirilməsindən imtina edilmiş, gələcək fəaliyyəti yalnız onunla davam edilməsi bildirilmişdir, lakin buna baxmayaraq onun aparılan danışıqları nəticəsində kartofun yalnız RF-də satılması və satışdan müvafiq xeyir verilməsinə dair razılığa gəlinmişdir. Kartof məhsulunun satışı RF-in Dağıstan adlanan ərazisində Dərbənd və digər şəhərlərdə həyata keçirilmiş, satışdan alınan gəlir danışıqlara əsasən investora yönəldilmişdir və bu günə kimi işin davamiyyəti üçün sonuncu tərəfindən yeni maliyyələşdirmə ilə bağlı danışıqlar aparılmamışdır. Buna baxmayaraq həmi müqavilədən irəli gələn öhdəliklər Cavabdeh2 tərəfindən yerinə yetirilmədiyindən ona külli miqdarda maddi ziyan dəymişdir. Orta hesabla ona dəyən ziyan ümumilikdə 70.000 manatdan çox pul təşkil edir. Göründüyü kimi yuxarıda göstərilən razılaşmalara və müqavilələrə əsasən cavabdehlərin heç biri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bunun nəticəsi olaraq ona külli miqdarda ziyan dəymişdir. Cavabdehlər razılıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyinə görə ona faktiki olaraq 70000 manat borcludurlar. Cavabdehlər ödəməli olduqları pul vəsaitlərini vaxtında ödəsə idilər o, həmin pul məbləğini, yəni 70000 manatı dövriyyəyə buraxaraq, daha çox mənfəət əldə edə bilərdi. Buna görə də o, hesab edir ki, cavabdehlər ona verəcəkləri pul vəsaitini vaxtında ödəmədiklərindən əlavə olaraq ona ziyana görə 40000 manat pul vəsaiti ödəməlidirlər. Bundan başqa, cavabdehlər vaxtında üzərilərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə görə ona külli miqdarda həm maddi, həm də mənəvi ziyan dəymişdir. O, bəzi ticarətlə məşğul olan yoldaşlarının arasında məhz cavabdehlərin əməlləri nəticəsində üzərinə düşən öhdəlikləri qismən yerinə gec yetirdiyi halda böyük mənəvi iztirablar keçirmişdir. Bu zaman ona birbaşa mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 70000 (yetmiş min) manat pulun və digər Cavabdeh1 6000 (altı min) manat pul vəsaitinin, həmçinin ona dəymiş maddi ziyana görə 50000 (əlli min) manatın və mənəvi ziyana görə 2000 (iki min) manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 Sait, onun nümayəndəsi və eyni zamanda vəkili X5 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Eyni zamanda iddiaçı Cavabdeh2 Sait ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz təqdim edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının tələbinin əsası kimi ortaq biznes fəaliyyətlərinə dair aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə bu ortaqlıqdan onun tərəfindən ona zərər vurulması ilə əsaslandırmağa çalışmışdır. Aşağıdakı dəlillər və əsaslarla iddia tələbinin əsassız və absurd bir tələb olduğu sübut olunduğu üçün o, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, o, 2014-cü ildən Türk iş adamı olaraq, Azərbaycana gələrək santexnik və elektrik mallarını Türkiyədən gətirməklə satışla məşğul olmuşdur. Ticarəti ilə əlaqədar Xətai rayonunda yerləşən Həzi Aslanov metrosu yaxınlığında satış mağazası açmışdır. Eyni zamanda mütəmadi olaraq satışını etdiyi malların müxtəlif bazarlarda sahibkarlıqla məşğul olan şəxslər vasitəsilə satışı həyata keçirirdi. 2015-ci ildə Bakının Nərimanov rayonu ərazisində yerləşən, Şərq bazarında pərakəndə santexnik mallarının satışını həyata keçirən Abuzər adlı tanışı vasitəsilə Ramin adlı şəxslə tanış olmuşdur. Abuzərin bildirdiyinə görə Ramin adlı şəxs santexnik və elektrik mallarının pərakəndə və topdan alışı və satışı ilə məşğul olurmuş. O, onun satdığı malları Ramin adlı şəxs vasitəsilə daha geniş şəkildə satışını həyata keçirəcəyini deyərək, onunla əlaqə saxlamağı və tanış olmaq üçün ***-***-**-** nömrəsini vermişdir. O, bir neçə gün sonra Raminlə əlaqə saxlayaraq onunla bu işlə əlaqədar görüşmək istədiyini bildirmiş, bu səbəblə onlar Xətai rayonu Həzi Aslanov metrosunun yanında yerləşən işlətdikləri mağazada görüşmək qərarına gəlmişlər. Təxminən Ramin adlı şəxslə telefon danışıqlarından 1-2 gün sonra, ona məxsus mağazada görüşmüşlər. Tanışlıqları zamanı Ramin ona bildirmişdir ki, o, bu işdə tək deyil, onun Cəlal, Natiq (Cəlalın qardaşı), Kənan və Taleh adlı ortaqları vardır. Onun bildirdiyinə görə onlar uzun zamandır ki, bu sahə üzrə ticarətlə məşğuldurlar və bir neçə iri ticarət yerlərində satış yerləri vardır. Belə olduğu halda o, ona inanaraq həmin vaxtı onun mağazada və anbarda olan satdıqları santexnik və elektrik malları ilə tanış etmişdir. O, mallarla tanış olduqdan sonra malların ona nisyə şəkildə verilməsini, yəni götürdüyü tarixdən 3-5 ay müddətində həmin malın pulunun nisyəsini ödəyəcəyini bildirmişdir. Onun tərəfindən olunan təklif onu qane etdiyi üçün ilkin olaraq 13110 manat dəyərində santexnik mallarının şifahi formada alqı-satqısı barədə razılığa gəlmişlər. Bu barədə aralarında malların təhvil verilməsinə dair tutanaq tərtib edilmişdir. Bundan əlavə, Ramin ondan bu mallardan topdan götürəcəyini bildirdiyi üçün o, bir neçə mağazalara nisyə şəkildə satmaq üçün verdiyi malları onlardan geri alaraq müxtəlif tarixlərdə ona vermişdir. Ramin və Cəlal adlı şəxslərə malların bir hissəsi Həzi Aslanov metrosunun yaxınlığında yerləşən işlətdiyi mağazadan bir hissəsi də Zabrat qəsəbəsində yerləşən Bərgüşad elektrik mağazasından Vüqar adlı şəxsin vasitəsilə onlara verilmişdir. Xüsusilə Vüqar adlı şəxsə verdiyi mallar Cəlala verilmişdir. Bu barədə onun təqdim etmiş olduğu tutanaq sənədi və Nərimanov rayon polis idarəsində vermiş olduğu ifadəsində də qeyd edilmişdir. Ramin, Cəlal və Natiq ondan müxtəlif tarixlərdə təxminən 1 il ərzində 65259 manatın həmin vaxt ABŞ dollarının 1.05 kursu ilə hesablanaraq 63152 dollar dəyərində santexnik malları götürmüşdür. Onlar həmin puldan ona cəmi 5052 manat, yəni 4811 ABŞ dolları ödəmişdir. Aralarında yaranmış borcun məbləği çox olduğu üçün daha onlara mal vermək istəməmiş və sözügedən borcun qaytarılması ilə əlaqədar mütəmadi olaraq Cəlal və onun qardaşı Natiq ilə telefon və sosial şəbəkə olan “WhatsApp” ilə əlaqə saxlamağa başlamışdır. İlk öncə Natiq onu borcu ödəmək adına fərqli ünvanlara çağırsa da, lakin hər dəfəsində onu aldatmağa davam etmişdir. Bildirmişdir ki, onlara 1 il ərzində mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamaqla və müxtəlif yerlərdə görüşməklə borcun qaytarılması ilə bağlı səy etməsinə baxmayaraq, onlar borcun ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Son olaraq Cəlal Rusiya Respublikasından onunla sosial şəbəkə olan “WhatsApp” vasitəsilə yazışmış və ona tez bir zamanda borcu ödəyəcəyini bildirsə də, onu aldadaraq vaxt uzatmaqdan başqa bir şey etməmişdir. Belə olduğu halda aldadıldığını bildiyi üçün 2016-cı ilin sonlarına yaxın polis orqanlarına şikayət etməyə başlamışdır. 2017-ci ilin ortalarında Cəlalın həyat yoldaşı ona zəng vuraraq, Cəlalın vəkili Səməd adlı şəxsin ofisində görüşmək istədiyini bildirmişdir. O, indiki vəkili ilə onlarla görüşdükdə onlar bildirmişlər ki, çalışacaqlar ki, tez bir zamanda bu məsələ həllini tapsın. Lakin onlar da bu məsələdə bir yardımçı ola bilməmişlər. Təxminən Cəlalın yoldaşı və vəkili ilə görüşdükdən 2 ay sonra Cəlal, Azər və Türk vətəndaşı İsmail adlı şəxslə onun yaşadığı Qara Qarayevdə yerləşən yaşadığı evin yaxınlığında görüşmüşlər. Cəlal və yanında gələnlər demişlər ki, Rusiyadan kartof dolu fura maşın göndərəcək və satışını həyata keçirib onun pulunu 5 ay içində bağlayacaqdır. Yanında Türk vətəndaşı Cəlala bildirmişdir ki, onu Sait bəyin yanında utandırma, dediyi vaxta gətirib pulunu verərsən. Həmin vaxtı Cəlalın dediyinə görə Türkiyədə qəza keçirdiyi üçün ayaqlarının sındığını dediyi üçün o, da belə vəziyyətdə ona vaxt verməyi özünə mənəvi borc bildirmişdir. Təxminən danışıqlarından 2 ay keçməsinə baxmayaraq, Cəlal ona bu müddətdə heç bir ödəniş etməmişdir. Cəlal xx.xx.2017-ci il tarixli müqaviləni imzalamazdan 2 gün öncə yenidən onunla görüşərək bildirmişdir ki, onun Rusiyada Vitali adında yəhudi dostu var, o, əslən Qubanın Qırmızı qəsəbəsindədir, onun dostunun Belarusiyada kartof zavodu var və onlara Bakıya ilk etapda 23 vaqon, hər 15-20 gündən bir hissələrlə Dərbəndə kartof göndərəcək. Cəlal da kartofu bir topdan satan alıcıya təslim edərək qazancını bərabər şəkildə onunla birlikdə böləcəkdir. Bu səbəbdən ona ortaqlıq müqaviləsi təklif etmişdir. Eyni zamanda ona bildirmişdir ki, onun onda 58340 ABŞ dolları pulunun olduğu üçün ortaqlıq müqaviləsi üzrə işin həyata keçirilməsi zamanı onun pul qoymasına ehtiyac qalmayacaqdır. Onlar birlikdə pul qazandıqca o, oradan onun bütün borcunu qaytaracaqdır. Aralarında müqavilə bağladıqdan sonra bir neçə dəfə Bayıl qəsəbəsində yerləşən kafedə görüşmüşlər. O, ona bildirmişdir ki, guya kartof artıq Dərbəndə gəlib, o artıq 23 vaqon malı Azər adlı alıcıya verərək pulunu Vitaliyə verdiyini, qalan onlara çatan pulu isə Cəlalın öz hesabına vuracağını bildirmişdir. Təxminən 15 gün sonra ona demişdir ki, yenidən 40 vaqon sifariş vermişdir. Guya ki, həmin malları da Dərbənndə Azər adlı alıcıya təhvil vermişdir. O, ondan ümumilikdə 63 vaqonun onlara qazanc olaraq çatacaq pulunu bölməyi istədikdə, ona bu dəfə bildirilmişdir ki, onların qazandıqları pulu yenidən mal almaq üçün bütünlüklə Vitaliyə göndərmişdir. Yenidən bu dəfə 20 vaqon mal da Dərbəndə gəldi və Azər adlı alıcıya təslim edildi. Bu dəfə ona bildirdi ki, ona bank hesab nömrəsi göndər. O, da həmin zaman Türkiyədə miqrasiya ilə bağlı problemi olduğu üçün orada qalmalı idi, buna baxmayaraq ona həm yaxın dostunun hesab nömrəsini, eyni zamanda ona məxsus müxtəlif hesab nömrəsini ona versə də, müxtəlif bəhanələrlə ona çatacaq pulu həmin hesaba vurmamışdır. Bundan sonra o, müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmağa başlamışdır. 2018-ci ilin aprel ayının sonuna kimi 5 ay müddətində onu aldatmaqdan ibarət olan kartof satışı barədə yalan üzərində qurulmuş ticarət bitdi. Bundan sonra bir il ərzində yenidən onu aldadaraq guya ki Rusiyada iş qurduğunu, tezliklə pulu qaytaracağını bildirmişdir. 2021-ci ilin yanvar ayının birinci on günlüyünə kimi Cəlalla telefon vasitəsi ilə əlaqələri olmuşdur. Hətta yanvar ayının 3-də Cəlalın Şahin adlı dostu ona zəng vuraraq, guya ki, Cəlalın qaynatasının vəziyyətinin pis olduğunu bildirərək, bir müddət sonra borcu qaytaracaqdır. Təxmninən son danışıqlarından qısa zaman sonra ona məlum olmuşdur ki, İddiaçı Xətai rayon məhkəməsində ona qarşı hazırki əsassız iddianı qaldırmışdır. İddiaçı və digər şəxslər barəsində tərəfindən 2016-cı ilin sonlarından başlayaraq müxtəlif orqanlara şikayət müraciətləri edilmişdir. Lakin təəssüf orqanlar tərəfindən lazımi araşdırma aparılmadığı və bu məsələyə laqeyd yanaşıldığı üçün bu günə qədər onun ərizələri üzrə sözügedən şəxslər barəsində qanuni ölçü götürülməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin, onun nümayəndəsi və eyni zamanda vəkilinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı sübut qismində yalnız iş materiallarında olan 24 noyabr 2017-ci il tarixli Ortaq biznes fəaliyyətinə dair müqavilənin kserosurətini təqdim etmişdir. Həmin kserosurətdən görünür ki, 24 noyabr 2017-ci il tarixdə bir tərəfdən X12, digər tərəfdən İddiaçı arasında müqavilə bağlanmış və müqavilənin predmeti tərəflərin qarşılıqlı ortaq (şərik) əsasında müqavilədə göstərilmiş şərtlərlə biznes fəaliyyəti ilə məşğul olacaqlarından ibarət olmuşdur. Cavabdeh2 Sait oğlu tərəfindən təqdim edilmiş sübutlar: İş materiallarında olan 31 dekabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş Cavabdeh2 Sait oğlunun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan “Tutanak” adlı sənədin surətindən görünür ki, X6 həmin sənəddə qeyd etmişdir ki, X12 2015-ci ildə Türkiyədə olan zaman onu axtarmış, 39744 ədəd kontrol qələmi 4644 ədəd tornovda malları İddiaçı təslim etməsini ondan istəmiş, Cəlal adlı şəxsin göndərdiyi maşına həmin mallar təhvil vermişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saitə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-80/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-80/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver