Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8009/2021 15.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1925-ci ildə təvəllüdlü X1 09.08.2021-ci tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1925-ci ildə Rusiya Federasiyasında anadan olmuş X3 ərizəçinin anasıdır. O, 09.08.2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, bağ evi 4518 ünvanında vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olundu. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxs müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AA0618115 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1925-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. Doğum haqqında AZ-T seriyalı 160699 nömrəli şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1954-cü ildə doğulmuşdur, atası X5, anası X2. Sumqayıt Tibb Mərkəzi PHŞ X10 Stansiyasının 09.08.2021-ci il tarixli 1587 nömrəli arayışından müəyyən olunmuşdur ki, 09.08.2021-ci il tarixdə saat 07:50-də Sumqayıt şəhəri, Qurddərəsi bağ evi 4518 ünvanında yaşayan X3 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1925-ci X3 meyidi aşkar edilmişdir. 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının arayışına əsasən X1 ölüm haqqında arayış verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin 05Q/2369/15 saylı, 15.09.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 16.09.2021-ci il tarixli 741 nömrəli arayışına əsasən X3 Qaraçuxur qəsəbə qəbiristanlığında 09.08.2021-ci il tarixdə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, o, ərizəçinin 2005-ci ildən tanıyır, nənəsi ilə qonşu olmuşdurlar, sonradan ərizəçi ilə bir yerdə işləmişdir. Mərhum X3 uzun müddət yataq xəstəsi olduqdan sonra 09.08.2021-ci il tarixində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında qeyd etmişdir ki, o, ərizəçi ilə bir yerdə işləmişdir. Mərhum X1 09.08.2021-ci il tarixində vəfat etdiyini eşitmiş, yas mərasiminə gedərək başsağlığı vermişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 09.08.2021-ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 09.08.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1925-ci il tarixdə anadan olmuş X1 09.08.2021-ci il tarixində Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8009/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8009/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver