Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8060/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-002033 saylı barışıq sazişinin aliment hissəsində məcburi icrası üçün təsdiq edilməsi və Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ayın 20-ə kimi Ərizəçi məxsus ABB bankı 5167 5141 0177 3894 saylı plastik kart vasitəsilə aylıq qazancının 1/3 hissəsində aliment məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun maraqlı tərəf Maraqlı şəxs ilə faktiki nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Övladı hazırda onun himayəsindədir və onunla birlikdə yaşayır. Övladı atası ilə ayrı yaşayırlar və hesab edir ki, uşağın saxlanılmasında iştirak etməlidir. Qanunvericiliyin tələbinə əsasən məhkəmədən öncə mediasiya prosesi keçdi və Bakı 16 saylı mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/16-002033 saylı barışıq sazişi bağlanmışdır. Belə ki, Sazişin şərtlərinə görə ikinci tərəf Maraqlı şəxs mediasiya prosesində iştirak edərək övladı xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının 1/3 hissəsində alimentin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Aliment hər ayın 20-ə kimi birinci tərəf Ərizəçi məxsus ABB bankın 5167 5141 0177 3894 saylı debet kartına köçürülür. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tələbin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-002033 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli MŞB/16-002033 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs övladı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay qazancının 1/3 hissəsinin alimentinin ödənilməsi, alimentin hər ayın 20-ə kimi Ərizəçi məxsus ABB bankın 5167 5141 0177 3894 saylı debet kartına köçürülməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 06 oktyabr 2023-cü il tarixli MŞB/16-002033 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə ikinci tərəf Maraqlı şəxs övladı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay qazancının 1/3 hissəsinin alimentinin ödənilməsi, alimentin hər ayın 20-ə kimi Ərizəçi məxsus ABB bankın 5167 5141 0177 3894 saylı debet kartına köçürülməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 06 oktyabr 2023-cü il tarixli MŞB/16-002033 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 06 oktyabr 2023-cü il tarixli MŞB/16-002033 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər : Ərizəçi (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən mediasiya reyetsrində (M-00345) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Mübahisənin predmeti – alimentin ödənilməsi barədə Maddə 2. Barışığın şərtləri 2.1. Hər iki tərəf aliment məbləğinin ödənilməsi tələbinə dair razılığa gəldilər. 2.2. İkinci tərəf Maraqlı şəxs övladı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay qazancının qazancının 1/3 hissəsinin alimentinin ödənilməsi, alimentin hər ayın 20-ə kimi Ərizəçi məxsus ABB bankın 5167 5141 0177 3894 saylı debet kartına köçürülməsi öhdəliyini öz üzərinə götürür. 2.3. Aliment hər ayın 20-ə kimi birinci tərəf Ərizəçi məxsus ABB bankın 5167 5141 0711 3894 saylı debet kartına köçürülür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8060/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8060/2023
02.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver