Məhkəmə qərarları › İş №2(011)-8088/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8088/2024

09.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8088/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023 cü il tarixli MŞB/MT015/2023-00267 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti: Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023 cü il tarixli MŞB/MT015/2023-00267-3 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Tərəflər nikahın pozulması ilə əlaqədar digər məsələlərin həllini aşağıdakı qaydada qarşılıqlı surətdə razılaşırlar: a) Birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü Alina Musayeva yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılacaq. b) Ata Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2023-cü il tarixindən başlayaraq növbəti üç ay ərzində (yəni xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində olmaqla) uşağın saxlanılması üçün aylıq 150 manat məbləğində aliment Ərizəçi ATB bankdakı **********453743 nömrəli kart hesabına ödəyəcəkdir. xx.xx.2023-cü il tarixdən etibarən isə növbəti aylar üçün bu alimentin məbləği 220 manat olaraq uşağın yetkinlik yaşına çatana qədər davam etdiriləcəkdir. c) Ana Ərizəçi öhdəsinə götürür ki, uşağın ananın iştirakı olmadan ata ilə sərbəst görüşməsinə və ünsiyyət saxlamasına lazımı təmin edəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023 cü il tarixli MŞB/MT015/2023- 00267-3 saylı barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı X1 ooğlu Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023 cü il tarixli MŞB/MT015/2023-00267-3 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər nikahın pozulması ilə əlaqədar digər məsələlərin həllini aşağıdakı qaydada qarşılıqlı surətdə razılaşırlar: a) Birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü Alina Musayeva yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılacaq. b) Ata Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2023-cü il tarixindən başlayaraq növbəti üç ay ərzində (yəni xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində olmaqla) uşağın saxlanılması üçün aylıq 150 manat məbləğində aliment Ərizəçi ATB bankdakı **********453743 nömrəli kart hesabına ödəyəcəkdir. xx.xx.2023-cü il tarixdən etibarən isə növbəti aylar üçün bu alimentin məbləği 220 manat olaraq uşağın yetkinlik yaşına çatana qədər davam etdiriləcəkdir. c) Ana Ərizəçi öhdəsinə götürür ki, uşağın ananın iştirakı olmadan ata ilə sərbəst görüşməsinə və ünsiyyət saxlamasına lazımı təmin edəcəkdir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar