Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8102/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Əlizamin oğlu ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00007 saylı “Barışıq Sazişi”-nin məhkəmə qaydasıda təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aliment ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00007 saylı xx.xx.2024-cü il tarixli "Barışıq Sazişi"-nə əsasən Ərizəçi Müqabil qızı bu saziş imzalandıqdan sonra ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə № 1617 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Ərizəçi Müqabil qızı bu saziş imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Ərizəçi Müqabil qızı bu sazişi imzaladıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən cavabdeh Maraqlı şəxs ona hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə hər ay 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair cavabdehin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi Müqabil qızı bu saziş imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə (uşaqların mənafei nəzərə alınaraq) cavabdeh (ataları) Maraqlı şəxs ilə (ananının iştirakı olmadan) xx.xx.2024-cü il tarixindən etibarən hər ay 4 (dörd) dəfə olmaqla, həftənin bazar günləri səhər saat 11:00-dan saat 16:00-a dək ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Ərizəçi Müqabil qızı bu saziş imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yeni xarici pasportunun alınması və (atanın icazəsi olmadan) ölkə hüdudlarından kənara çıxması məqsədi ilə cavabdeh Maraqlı şəxs ona 1 (bir) ay müddətində müvafiq dövlət qurumlarında (ASAN xidmət, DİN və notariat) yazılı razılıq ərizəsi verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ancaq Maraqlı şəxs tərəfindən bugünə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Tərəflərin mövqeləri: Ərizəçi məhkəmə iclasında izahatında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, maraqlı şəxs aliment öhdəliyini tam icra etmir, hər ay ödənilməli olan alimenti vaxtında və tam ödəmir. Maraqlı şəxs aliment borcu da yaranmışdır. Ərizəçi həmçinin qeyd etmişdir ki, sazişin digər bəndləri könüllü şəkildə icra olunmuşdur. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, hər ay maddi imkanı çatdlğı miqdarda aliment ödəyə bilir. Sazişin yalnız alimentlə bağlı olan bəndini maddi imkanına görə tam icra edə bilmir, digər bəndlərin icrasında isə problem yoxdur. Sübutların tədqiqi: İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3122/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində 1617 №-li akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlər barədə razılığa gəlmişlər: - Tərəflər bu saziş imzalandıqdan sonra Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə № 1617 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdırlar; - Tərəflər birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmalarına razıdırlar. Tərəflər bu saziş imzaladıqdan sonra birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi Müqabil qızına hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə hər ay 470 manat sabit pul məbləğində alimentin ödəniləcəyinə dair razılaşdılar. Bu aliment məbləğinin Ərizəçi Müqabil qızına məxsus olan bank hesabına (kartına) ödənilməsinə dair razıdırlar; - Tərəflər bu saziş imzalandıqdan sonra birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə (uşaqların mənafei nəzərə alınaraq) (ataları) Maraqlı şəxs ilə (ananının iştirakı olmadan) xx.xx.2024-cü il tarixindən etibarən hər ay 4 (dörd) dəfə olmaqla, həftənin bazar günləri səhər saat 11:00dan saat 16:00-a dək ünsiyyətdə olmasına şərait yaradılacağına dair razılaşdılar; - Tərəflər bu saziş imzalandıqdan sonra birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yeni xarici pasportunun alınması və (atanın icazəsi olmadan) ölkə hüdudlarından kənara çıxması məqsədi ilə cavabdeh Maraqlı şəxs Ərizəçi 1 (bir) ay müddətində müvafiq dövlət qurumlarında (ASAN xidmət, DİN və notariat) yazılı razılıq ərizəsi veriləcəyinə dair razılaşdılar; - Tərəflər bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. İşin müəyyən edilən halları: Tərəflər xx.xx.2013-cü il tarixində nikaha daxil olmuşlar, onların birgə nikahlarından iki övladları doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(001)-3122/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixində mediasiyada barışıq sazişi bağlanmış, tərəflər xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 ərizəçinin himayəsinə verilməsi, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün uşaq üçün 235 manat olmaqla ümumilikdə hər ay 470 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, Maraqlı şəxs övladları ilə ünsiyyət hüququnun müəyyən edilməsi, uşaqların ölkə hüdudlarından kənara çıxarılmasına dair atanın razılıq verməsi və nikahın pozulması barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəllləsi: Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə öhdəliklər götürmüşlər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 3-cü bəndinin, yəni alimentlə bağlı şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, barışıq sazişinin yalnız alimentlə bağlı hissəsi icra olunmadığı üçün, ərizə barışıq sazişinin yalnız 3-cü bəndinin təsdiq edilməsi hissəsində təsdiq edilməldir. Eyni zamanda məhkəmə qeyd edir ki, barışıq sazişinin digər bəndlərinin təsdiqinə lüzum yoxdur. Çünki, barışıq sazişinin digər bəndləri könüllü olaraq icra olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməklə, barışıq sazişinin yalnız alimentlə bağlı 3-cü bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: - Tərəflər birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmalarına razıdırlar. Tərəflər bu saziş imzaladıqdan sonra birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi Müqabil qızına hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə hər ay 470 manat sabit pul məbləğində alimentin ödəniləcəyinə dair razılaşdılar. Bu aliment məbləğinin Ərizəçi Müqabil qızına məxsus olan bank hesabına (kartına) ödənilməsinə dair razıdırlar. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-8102/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8102/2025
04.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver