Məhkəmə qərarları › İş №2(011)-819/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-819/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-819/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qızının “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.1962-ci il təvəllüdlü bacısı Bayramlı Gözəl Oruc qızının xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı mərhum xx.xx.1962-ci il təvəllüdlü Bayramlı Gözəl Oruc qızı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Növbəti gün Bakı şəhər qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə üçün Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bayramlı Gözəl Oruc qızı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, atası X4, anası X1r (AZ-İİ seriyalı, 933806 nömrəli Doğum haqqında şəhadətnamənin surəti). X5 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur, atası X4, anası X1r (İ-ЗЖ seriyalı, 233422 nömrəli Doğum haqqında şəhadətnamənin surəti). Bakı şəhəri X2 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2020-ci il tarixdə saat 16:14-də Bayramlı Gözəl Oruc qızının meyidi aşkar edilmişdir. AR İcbari Tibbi Sığorta üzrə Dövlət X7 Bölmələrinin İdarəetmə Birliyi 7 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 761 nömrəli arayışa əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Bayramlı Gözəl Oruc qızı xəstəliyi barədə məlumat olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2302-05/15 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, mərhum Bayramlı Gözəl Oruc qızının rəfiqəsidir, Bayramlı Gözəl Oruc qızı uzun müddət idi xərçəng xəstəliyindən müalicə alırdı və xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Mərhum Dədə-qorqud qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Bayramlı Gözəl Oruc qızının xx.xx.2020-ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Bayramlı Gözəl Oruc qızınun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Bayramlı Gözəl Oruc qızının xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Krasnoselo rayonunda anadan olmuş Bayramlı Gözəl Oruc qızının xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar