Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8191/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “şəxsin ölüm faktının məyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1983-ci il təvəllüdlü X2 xx.xx.1983-cü il tarixində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı xx.xx.1983-cü il tarixində Ucar rayonu, Ramal kəndində anadan olmuşdur. xx.xx.1983-cü ildə isə səhhəti pisləşmiş, bütün səylərə baxmayaraq övladını xilas etmək mümkün olmamışdır. Belə ki, o, xx.xx.1983-cü il tarixində Ucar rayonu, Ramal kəndində vəfat etmişdir. Onlar yaxın qohumları ilə birlikdə mərhum övladı X3 xx.xx.1983-cü il tarixində Ucar rayonu, Ramal kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Buna dair akt da tərtib edilmişdir. O, övladına dair ölüm haqqında şəhadətnamənin əldə edilməli olmasından məlumatlı olmamışdır. Yalnızca vərəsəlik işinin açılması zamanı ölüm haqqında şəhadətnamənin olmamasından xəbər tutmuşdur. Bundan sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün aidiyyəti üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Bundan sonra, mərhum övladına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11- 389/2025 saylı cavaba əsasən Qeydiyyat şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Övladının doğum haqqında şəhadətnaməsinin surətini və ya doğum haqqında arayışının alınması üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin sənədləri almaq mümkün olmamışdır. Mərhum övladı X2 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Belə ki, övladının ölüm haqqında şəhadətnaməsi vərəsəlik işinin açılması üçün zəruri sənədlər sırasındadır. Nəticə etibarilə sənədləşdirmə işlərinin aparılması zamanı, sözügedən hüquqmüəyyənedici sənəd tələb edilir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, X2 xx.xx.1983-cü il tarixində ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tərəflərin mövqeləri: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, ölüm faktının müəyyən olunması ölüm haqqında şəhadətnamənin alınması və vərəsəlik işi ilə bağlı lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə göndərərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası TƏBİB “Ucar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18- 1-1-77/2-M-485-42-353/2025 saylı məktubundan görünür ki, X6 1983-cü ildə Ucar rayonu Ramal kəndində vəfat etmiş və həmin vaxtı ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Hazırda həmin şəhadətnamə xəstəxana tərəfindən verilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamənin (Forma 106) verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-11- 389/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Ucar Rayon İcra hakimiyyəti Başçısının Əlikənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, Ucar rayon Qazıqumlaq- Ramal Bələdiyyəsinin sədrinin müavini Xeyrəddin Məmmədov, Ucar rayonu Ramal kənd sakinləri X12, X1 və X9 bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş X6 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etmiş, Ramal kənd qəbiristanlığında dəfn olunmuşdur. Ucar Rayon İcra hakimiyyəti Başçısının Əlikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-80-12/2-217/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş X6 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etmiş, Ramal kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşının yoldaşıdı. Ərizəçinin övladı X6 xx.xx.1983-cü il tarixində xəstəlikdən vəfat etmiş, Ramal kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun Bakı şəhərində olan qonşusudur. Ərizəçinin dediklərindən eşitdiyinə görə övladı X6 1983-cü ildə xəstəlikdən vəfat etmişdir. İşin müəyyən edilən halları: Ərizəçi mərhum X2 anasıdır. X6 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuşdur. 1983-cü ildə Ucar rayonu Ramal kəndində vəfat etmiş X4 həmin vaxtı ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən hazırda ölüm haqqında tibbi şəhadətnamənin (Forma 106) verilməsindən imtina edilmiş, Maraqlı şəxs də öz növbəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin övladının ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş övladı X2 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydası: Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş X2 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etməsi faktı sübuta yetirilir. Baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquqmüəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Məhkəmə hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə övladının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.1983-cü il təvəllüdlü Məmmədova Xuramanın ata adının müxtəlif sənədlərdə Yunis və ya Yunus olaraq yazılması nəzərə alınmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində anadan olmuş X11 (Yunus) qızının xx.xx.1983-cü il tarixində Ucar rayonu Ramal kəndində vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-8191/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8191/2025
09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver