Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8232/2025 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X15 qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” X11 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Mərhum xx.xx.1956-cı il təvəllüdlü X13 uzun sürən xəstəlikdən sonra xx.xx.2012-ci il tarixində yaşadığı Masallı rayonu, Təzəkənd kəndində vəfat etmişdir. Vəfat etməsi ilə bağlı ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı "ASAN Xidmət" X4 rəsmi müraciət edilmiş, lakin maraqlı tərəf xx.xx.2025-ci il tarixli məktubu ilə mərhum X7 ölüm haqqında şəhadətnamənin verilməsi imtina verilmişdir.
Ərizəçinin tələbi:
2. xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixində ölüm faktını müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra xx.xx.2025-ci il tarixdə ərizəçi dəqiqləşmə ərizəsi ilə müraciət edərək məhkəmədən X5 xx.xx.2012-ci il tarixində Masallı rayon Təzəkənd kəndində vəfat etdiyini, müəyyən səbəblərdən bugünə qədər atasının ölüm şəhadətnaməsini ala bilmədiyini bildirmiş. X5 xx.xx.2012-ci il tarixində Masallı rayonu Təzəkənd kəndində ölüm faktını müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən xahiş etmişdir ki, atasının ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
7. X3 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhumun vəfatını şəxsən görməmiş ancaq dəfndə iştirak etmişdir.
8. X2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhumun vəfatını şəxsən görməmiş, kənddə 30 yanvar 2012-ci ildə Bünyatov Salehin vəfat etdiyi xəbəri yayılmışdır. Yas mərasimində iştirak etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Masallı RİHB-nın Təzəkənd inzibati ərazi X12 tərəfindən verilmiş 362 №-li, xx.xx.2025-ci il tarixli arayışa əsasən, mərhum X14 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. O, Təzəkənd kənd qəbristanlığında dəfn olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1041\2025 №-li məktuba əsasən X14 barəsində ölüm faktını təsdiq edən tibbi sənəd olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
11. Digər sənədlər və fotoşəkil.
Tətbiq edilən hüquq:
12. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyası (Kişinyov Konvensiyası): 28.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir. 28.2. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələri Razılığa gələn digər Tərəfin vətəndaşını və onun ərazisində yaşayan şəxsi xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edə bilər, habelə onun ərazisində yaşayan, hüquq və maraqları həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə əsaslanan maraqlı şəxslərin vəsatəti əsasında onun ölüm faktını müəyyən edə bilərlər. 28.3. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi üzrə işlərə baxarkən öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
16. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, ərizəçi Qazaxıstan Respublikası vətəndaşıdır və mərhum atası xx.xx.1956-cı il təvəllüdlü X13 da Qazaxıstan Respublikası vətəndaşıdır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Qeyd edilənlərə əsasən məhkəmə hazırki mülki iş üzrə özünü səlahiyyətli hesab edir.
19. Belə ki, məhkəmə araşdırması zamanı X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X6 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi Bunyatov X1 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən, X6 xx.xx.2012-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən xx.xx.1956-cı il təvəllüdlü X14 xx.xx.2012-ci il tarixdə Masallı rayonu Təzəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixində Masallı rayonu, Təzəkənd kəndində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova