Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8246/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, 22.07.1948-ci il təvəllüdlü anası X7 21.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası 22.07.1948-ci il təvəllüdlü X13 21.05.2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Anasının ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı “ASAN” Xidmət Mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin oradan iddiaçıya imtina məktubu ilə cavab verərək ölüm faktının məhkəmə tərəfindən təsdiq olunmasını tövsiyyə etmişdirlər. Bu səbəbdən də ərizəçi hazırkı ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasının şöbənin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA2809112 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X13 22.07.1948-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan, AZ-İ 575199 “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Ərizəçi Sabuhi oğlu xx.xx.1984-cü il tarixində Bakı şəhərində anadan olmuşdur, atası X14, anası isə X12r. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 118 nömrəli arayışına əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də qeydiyyatda olmuş 2003-cü ildə vəfat etmiş 1938-ci il təvəllüdlü X6, 2017-ci ildə vəfat etmiş 1938-ci il təvəllüdlü X4, 2020-ci ildə vəfat etmiş 1968-ci il təvəllüdlü X8 və 2021-ci ildə vəfat etmiş 1975-ci il təvəllüdlü X9 ölüm haqqında (forma 106) sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” X5 15.10.2021-ci il tarixli, 05-1512/75 məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən anasının ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Bələdiyyəsinin 1623 nömrəli, 14.10.2021-ci il tarixli məktubundan görünür ki, 22.07.1948-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 22.05.2021-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarında olan BŞT və TTYS 1 saylı Bölmənin 21.05.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 9, m. 3a ünvanında X7 meyidi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 saylı Şəhər Poliklinikasının 284 nömrəli, 03.12.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş, 22.07.1948-ci il təvəllüdlü vətəndaş X13, 21.05.2021-ci il tarixdə yaşadığı mənzildə vəfat etmişdir. Uzun müddət keçməsi səbəbindən ona dair tərəfimizdən ölüm haqqında sənəd verilə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında qeyd etmişdir ki, o, Ərizəçi əmisi oğludur. Onun əmisi və əmisinin yoldaşına o baxıb. Əmisinin yoldaşı X20-19 virusuna yoluxmuşdu. Müalicə edilsə də, sağalmadı. Ağayeva Solmaz on gün yataq xəstəsi oldu, sonra da rəhmətə getdi. Təcili yardım xidməti tərəfindən təqdim edilən arayışı yaşayış yeri poliklinikaya, lakin ölüm haqqında sənədi vermədilər. X13 may ayında rəhmətə getdi. Onu da, əmisi Səbuhi Ağayevin yanında dəfn etmişdirlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə 22.07.1948-ci təvəllüdlü X7 21.05.2021-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə sonuncuların ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22.07.1948-ci il təvəllüdlü X13 21.05.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8246/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8246/2021
22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver