Məhkəmə qərarları › İş №2(011)-8296/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8296/2025

25.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8296/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.

İşə baxan məhkəmənin mövqeyi:

4. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işin baxılması ilə bağlı hər hansı prosessual hərəkət etməmişdir. Odur ki, məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

5. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2025ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır.

6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli 100 (yüz manat) manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Ərizəçi hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar