Məhkəmə qərarları › İş №2(011)-830/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-830/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-830/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. X6 xx.xx.2013-cü il tarixdə Qazax rayonunda doğulmuşdur. Ərizəçi X2 anasıdır.

2. AR TƏBİB Sumqayıt Tibb Mərkəzi PHŞ-nin Uşaq xəstəxanasının xx.xx.2022-ci il tarixdə 916 nömrəli arayışında xx.xx.2013-cü il təvəllüdlü X4 xx.xx.2013-cü il tarixində Sumqayıt şəhər Uşaq xəstəxanasına meyit şəklində gətirilməsi qeyd edilmişdir.

3. AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN Xdimət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasından imtina edilmişdir.

4. Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi qızı X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qızı X2 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1991-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə X8 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 uşaqları - X7, X6 və X5 dünyaya gəlmişdir. Həyat yoldaşı xx.xx.2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. X1 xx.xx.2013-cü ildə vəfat etmişdir. Onun vəfat etməsini şahidlər təsdiq edə bilər. Həmin vaxtdan uşağın ölüm haqqında şəhadətnaməsini ala bilmir.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

10. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt şəhət Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirdi ki, ərizəçinin anasıdır, Zəhra adlı nəvəsi 2013-cü ilin avqustunda doğulub, dekabr ayında vəfat edib. Həmin gün qızı ona zəng edib uşağının öldüyünü deyib. Uşaq xəstə idi.

13. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, ərizəçi onun baldızıdır. 2013-cü ilin dekabr ayında qaynanası ona zəng edib Zəhranın rəhmətə getdiyini və Sumqayıta gəlməsini dedi. O, getdikdə uşaq artıq ölçüşdür.

14. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçi baldızının qızıdır, Uşaq ölən tarixdə evdə tək idi, baldızı zəng edib dedi ki, Zəhra öldü, mən Sumqayıta gedirəm, sən də gəl. O, çatanda artıq uşağı xəstəxanadan gətirib apardılar dəfn etməyə.

15. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

18. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatıqaydası”

19. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, ərizəçinin qızı X2 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş AR TƏBİB Sumqayıt Tibb Mərkəzi PHŞ-nin Uşaq xəstəxanasının xx.xx.2022-ci il tarixdə 916 nömrəli arayışından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X10 xx.xx.2013-cü il tarixində Sumqayıt şəhər Uşaq xəstəxanasına meyit şəklində gətirilmişdir.

22. AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN Xdimət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-5236-76 saylı məktubunda isə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.

23. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 xx.xx.2013-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

24. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (§ 17).

25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 16 dekabr 2013-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə Qazax rayonunda doğulmuş X2 xx.xx.2013-cü il tarixində Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar