Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-835/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il tarixdə doğulmuş bibisi Telli Karalovanın xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bibisi Telli Karalova xx.xx.1935-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Ormeşən kəndində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Telli Karalova Bakı şəhəri Dədə Qorqud qəbirstanhğında dəfn olunmuşdur. Hal-hazırda vərəsələrin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün bibisi Telli Karalovanın ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum bibisi Telli Karalovanın adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə nüməndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. O, ərizəçinin bacısı Telli xanımın 2024-cü ildə öldüyünü bilirmişdir, lakin ölümün dəqiq tarixini xatırlamamışdır. O bildirmişdir ki, mərhum X7 vətandaşı olduğuna baxmayaraq, Bakı şəhərində yaşayırdı və Bakı şəhərində qardaşının evində rəhmətə gedib. Ölümün dəqiq tarixi yadında deyil. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı T.Karalovanın ölümün dəqiq tarixi yadında deyil. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. O, Karalova Tellinin 2024-cü ilin 25 oktyabrda vəfat etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ölümə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 203 nömrəli arayışdan görünür ki, Karalova Teli xx.xx.2024-cü il tarixdə Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X12 7 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 hər hansı xəstəliklə 7 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən onun adına ölüm haqqında sənəd verilməsi mümkün deyil. İş materialarında olan Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 09:35-də N.Tusi 19, mənzil 64 ünvanında qadın cinsinə məxsus meyit aşkar edilmişdir. Xəstənin adı Telli Karalova olmuşdur. İş materialarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X8, Dmanisi rayonu, Ormeşən kəndində anadan olmuş, atası İsgəndər Qaralov, anası Firuzə Qaralovadır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi bibisi Telli Karalovanın xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1935-ci il təvəllüdlü Telli Karalovanın xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş Telli Karalovanın xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-835/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-835/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver