Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8373/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı kredit müqaviləsi üzrə 7172,19 manat əsas borc, 22.89 manat faiz borcu olmaqla, cəmi 7195.08 manat borcun və 91,96 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus “Chevrolet Cruze” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikhşındq fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 leviäl 2019-cu tarixli Fərmanı ilə əlaqədar olaraq İddiaçı ilə ASC X2 aralarında restrukturizasiya olunma barədə bağlanmış 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı kredit müqaviləsınə əsasən borcalan 60 ay müddətinə illik 1 faiz hesablanmaqla 7831,10 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bankla cavabdeh arasında bağlanılmış 106941-16-3706 saylı, 02.12.2019-cu il tarixli daşınar əmlakın sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın xeyirinə yüklü edilmişdir. Borclu kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin banka 18.10.2021 -ci il tarixinə ümumilikdə 7195.08 AZN məbləğində borc yaranmışdır. Prosesin gedişində iddiaçı iddia tələbinin borcun tutulması hissəsində həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qismən ödəniş aparıldığını, lakin, cavabdeh tərəfindən müqavilə şərtləri mütəmadi olaraq pozulduğu üçün ona etimadının qalmadığını göstərmiş, 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı kredit müqaviləsi üzrə 6493,92 manat əsas borc, 1,16 manat faiz borcu olmaqla, cəmi 6495,08 manat borcun və 91,96 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, tərəfindən mütəmadi ödənişlər aparıldığını, gecikmə olmadığını göstərdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikhşındq fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 leviäl 2019-cu tarixli Fərmanı ilə əlaqədar olaraq İddiaçı ilə ASC X2 aralarında restrukturizasiya olunma barədə bağlanmış 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı krediti müqaviləsinin surətindən göründüyü kimi, borcalan 60 ay müddətinə illik 1 faiz hesablanmaqla 7831,10 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 106941- 16-3706 saylı, 02.12.2019-cu il tarixli daşınar əmlakın sonrakı ipoteka müqaviləsinin surətindən göründüyü kimi, “Chevrolet Cruze” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 16.12.2021-ci il tarixinə banka borcu 6493,92 manat əsas borc, 1,16 manat faiz borcu olmaqla, cəmi 6495,08 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci bəndinə əsasən öhdəçiliyə əsasən bir şəxs başqa bir şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı kredit müqaviləsı üzrə borcunu vaxtında ödəməməsi, 16.12.2021-ci il tarixə banka 6493,92 manat əsas borc, 1,16 manat faiz borcu olmaqla, cəmi 6495,08 manat borcunun qalması iş materialları ilə təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tutma ipoteka predmeti olan avtomobilə yönəldilərək açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına bankın tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 91,96 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli 106941-1-3439/3 saylı kredit müqaviləsi üzrə 6493,92 manat əsas borc, 1,16 manat faiz borcu olmaqla, cəmi 6495,08 (altı min dörd yüz doxsan beş manat 08 qəpik) manat borc və 91,96 (doxsan bir manat 96 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb, Cavabdeh məxsus “Chevrolet Cruze” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-8373/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8373/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver