Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-839/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin ölüm faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdə doğulmuş oğlu X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 oğlu X9 xx.xx.1976-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Onun vəfatının həmin günü Bakı şəhəri, Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün iddiaçı Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün Ərizəçi1 mərhum oğlu X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 14016204 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X15 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 815 saylı arayışından görünür ki, Ərizəçi2 həyat yoldaşı Sarayev küçəsi, ev 13B, mənzil 95 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Mərhumun xəstəliyi barədə heç bir məlumat olmadığından poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə verməsi mümkün olmamışdır. İş materillarında olan Bakı şəhəri Təcili və X8 stansiyasının 14 saylı yardımçı stansiyası tərəfindən verilmiş 01039 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixində saat 20:36-da X5 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi2 ünvanlanmış 3687-05/15 saylı, xx.xx.2021-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli № 60 saylı arayışdan görünür ki, X1 qəbiristanlığında xx.xx.2020ci il tarixində dəfn olunub. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Ərizəçi1 oğludur. X3 onun doğma qardaşıdır. Qardaşı xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Fatmayı kənd qəbirstanlığında dəfn edilmişdir İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi1 gəlinidir. X3 onun qaynıdır. Digər Ərizəçi2 onun qaynının həyat yoldaşıdır. X9 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Fatmayı kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi1 oğlu, digər Ərizəçi2 həyat yoldaşı xx.xx.1976-cı il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 21 avqust 1976-cı il təvəllüdlü X5 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-839/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-839/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver