Məhkəmə qərarları › İş №2(011)-8390/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8390/2021

05.11.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8390/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi Ərizəçi, onun nümayəndəsi və vəkili X1 Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 11 may 2010-cu il tarixli nikahın pozulması, birgə nikahdan doğulan 18.06.2010-cu il təvəllüdlü X2 və 06 noyabr 2014-cü il təvəllüdlü X3 onun himayəsində saxlanması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün 01 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində sabit pul məbləği şəklində alimentin tutulması və uşaqlarla ünsiyyətin qaydası barədə 06 oktyabr 2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar