Məhkəmə qərarları › İş №2(011)-8448/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8448/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8448/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı Cavabdeh MTK-nə qarşı “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli ofis binasının 2-ci mərtəbəsində 162 m2 olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab sənədlərin (pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı, ümumi yığıncaq qərarı və istismara qəbul aktı) iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi, iddiaçının mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı, eyni tələb və eyni əsasla iddia ərizəsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmiş, həmin iş 2(011)-8446/2024 nömrə ilə Pərviz Zamanlının icraatına verilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni hakimin icraatında iş olmasına baxmayaraq, iddiaçı hazırki iş üzrə eyni cavabdehə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmiş və hazırkı iş də 2(011)-8448/2024 nömrəsi ilə hakim Pərviz Zamanlının icraatına verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar