Məhkəmə qərarları › İş №2(011)-8450/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8450/2024

21.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8450/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh MTK-nə qarşı “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh MTK-nə qarşı ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli ofis binasının 2-ci mərtəbəsində 162 m2 olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab sənədlərin (pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı, ümumi yığıncaq qərarı və istismara qəbul aktı) iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi, iddiaçının mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 14.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir.

5. Belə ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı, eyni tələb və eyni əsasla iddia ərizəsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmiş, həmin iş 2(011)- 8449/2024 nömrə ilə Samirə Eyvazova icraatına verilmişdir.

6. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni hakimin icraatında iş olmasına baxmayaraq, iddiaçı hazırki iş üzrə eyni cavabdehə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmiş və hazırkı iş də 2(011)-8449/2024 nömrəsi ilə hakim Samirə Eyvazovanın icraatına verilmişdir.

7. Azərbaycan Respublikası MPM-nin 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.

8. Eyni zamanda məhkəmə 2(011)-8449/2024 saylı mülki iş materiallarını nəzərdən keçirən zaman müəyyənb edilmişdir ki, 2(011)-8449/2024 saylı mülki iş materiallarına əlavə edilmiş qəbz ilə 2(011)-8450/2024 saylı mülki iş materiallarına əlavə edilmiş qəbzlər eyni nömrəlidir. 2(011)-8449/2024 saylı mülki iş məhkəmənin icraatına qəbul edildiyindən ********** nömrəli qəbz üzrə ödənilmiş dövlət rüsumu geri qaytarılmamalıdır.

9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 114, 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh MTK-nə qarşı ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli ofis binasının 2-ci mərtəbəsində 162 m2 olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab sənədlərin (pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı, ümumi yığıncaq qərarı və istismara qəbul aktı) iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi, iddiaçının mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar