Məhkəmə qərarları › İş №2(011)-853/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-853/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-853/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi anası 03.10.1971-ci il təvəllüdlü X2 27.11.2021-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X6 03.10.1971-ci il tarixdə doğulmuşdur. X1 ərizəçinin anasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 03.12.2021-ci il tarixli, 4026-05/15 saylı məktubu ilə ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, anası 03.10.1971-ci il X6 27 noyabr 2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Anası Tənzilənin vəfatı ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin 103 xidmətinə müraciət etmiş, hadisə yerinə gələn X4 yardım stansiyasının 7 saylı bölməsinin 27 noyabr 2021-ci il tarixli saat 08:08-ə olan arayışına əsasən anası X2 ölümünü təsdiq edən tibbi arayış vermişdir. Ancaq ərazi üzrə Poliklinikadan arayış verilmişdir ki, ölüm səbəbi məlum deyildir. Bu səbəbdən də Xətai rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina məktubu vermişdir və məhkəmə qaydasında ölüm faktı müəyyən edilməsini ona tövsiyyə etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, mərhum anasının vəziyyəti pisləşdikdə təcili yardım çağırmışlar, təcili yardım gəlib Covid-19 virusu ilə bağlı test analiz götürdü, analizin nəticəsində virus çıxmadı. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçinin əmisidir. Mərhumun xəstə olduğunu eşitmişdi, tez-tez gəlib gedirdi. 27.11.2021-ci il tarixdə zəng elədilər ki, o, özünü pis hiss edir, təcili yardım çağırıblar, Təcili yardım gələnədək vəfat edib. Suraxanı rayonunda Dədə Qorqud qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid və ərizəçinin atası X3 izahat verərək bildirdi ki, mərhum həyat yoldaşı zob xəstəliyindən əziyyət çəkirdi, buna görə həkimə tez-tez müraciət edirdilər. Həyat yoldaşı 27.11.2021-ci il tarixdə də vəfat etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə 27.11.2021-ci il tarixdə, saat 08:08 radələrində ünvan 1 ünvanında X10 qızının meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 02.12.2021-ci il tarixdə verdiyi 496 saylı Arayışdan müəyyən olunur ki, X6 27.11.2021-ci-ci il tarixdə Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materiallarında olan 7 nömrəli şəhər poliklinikası tərəfindən 06.12.2021-ci il tarixdə verilmiş 811 saylı Arayışdan müəyyən olunur ki, ərizəçi X2 ölüm haqqında arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, mərhum 27.11.2021-ci-ci il tarixdə vəfat etdiyindən və poliklinikaya gec müraciət olunduğundan ölüm haqqında tibbi şəhadətnamənin (Forma № 106) verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinin ərizəçiyə göndərdiyi 03.12.2021-ci il tarixli, 4026-05/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X2 27 noyabr 2021-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 27.11.2021-ci-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 27.11.2021-ci-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.10.1971-ci il tarixdə doğumuş X2 27.11.2021-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar