Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8550/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X15 qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” X12 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. X10 xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. xx.xx.1990-cı ildə isə səhhəti pisləşmiş, bütün səylərə baxmayaraq xilas etmək mümkün olmamışdır. Belə ki, o, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atası və anası digər yaxın qohumları ilə birlikdə mərhum X10 xx.xx.1990-cı il tarixində Bakı şəhərində yerləşən Keşlə qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi mərhuma dair ölüm haqqında şəhadətnamənin əldə edilməli olmasından məlumatlı olmamışlar. Yalnızca vərəsəlik işinin açılması zamanı ölüm haqqında şəhadətnamənin olmamasından xəbər tutmuş, bundan sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Bundan sonra, mərhuma dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyin 6 saylı Bakı ASAN xidmət X9nə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1139/2025 saylı cavaba əsasən, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
2. xx.xx.2025-ci ildə atası X13 və xx.xx.2022-ci ildə isə anası X3 vəfat etmişdir. Həmçinin, mərhum atası X5 qalan miras əmlakın – ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qəbulu üçün mərhum bacısı X6 ölməsi faktının müəyyən edilməsi və buna uyğun ölüm haqqında şəhadətnamə verilməsi zərurəti vardır. Mərhum bacısı X6 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Belə ki, vərəsəlik işinin açılması üçün bacısının ölüm haqqında şəhadətnaməsi zəruri sənədlər sırasındadır. Sənədləşdirmə işləri aparılması zamanı, sözü gedən hüquqmüəyyənedici sənəd tələb edilir.
Ərizəçinin tələbi:
2. xx.xx.1990-cı il təvəllüdlü bacım X6 Bakı şəhərində xx.xx.1990-cı il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən ərizəçi Bunyatov Anar ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən xahiş etmişdir ki, atasının ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
7. X4 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhumu tanıyır və onun qardaşı qızıdır. Öz evi olmadığından qardaşıgildə qalır. Meyidini görmüşəm və dəfn olunmasında iştirak etmişdir.
8. X2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhumu tanıyır, qonşudur. Adı Gülər idi və 90-cı ildə anadan olmuşdu. Xəstəlikdən vəfat etdiyini xatırlayıram amma dəqiq nə vaxt öldüyü yadımda deyil.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. ХУ-ЖГ 304080 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1990-cı il təvəllüdlü X6 atası X13, anası X1r.
10. AZ-İİ № 530712 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2025-ci il tarixdə beyin ödemi səbəbilə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 638 № ilə qeyd edilmişdir.
11. xx.xx.1994-cü il tarixli, 30/24490 saylı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1139-/2025 №-li məktuba əsasən X10 barəsində ölüm faktını təsdiq edən tibbi sənəd olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
13. İş materiallarına əlavə edilən digər sənədlər.
Tətbiq edilən hüquq:
14. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyası (Kişinyov Konvensiyası): 28.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir. 28.2. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələri Razılığa gələn digər Tərəfin vətəndaşını və onun ərazisində yaşayan şəxsi xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edə bilər, habelə onun ərazisində yaşayan, hüquq və maraqları həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə əsaslanan maraqlı şəxslərin vəsatəti əsasında onun ölüm faktını müəyyən edə bilərlər. 28.3. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi üzrə işlərə baxarkən öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X6 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X6 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən, X6 xx.xx.1990-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.
21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova