Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8661/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00319 nömrəli barışıq sazişi şərtlərinin 3-cü bəndi “X5 Tərəfə öncədən məlumat verərək onunla razılaşdırmaqla övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüldü X4 ilə ayda üç dəfə gün ərzində ünsiyyət qurmasına şərait yaradılmasını Birinci Tərəf öhdəsinə götürür” hissəsində təsdiq edilməsinə barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə 2202 saylı qeydlə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüldü X4 doğulmuşdur. Maraqlı şəxs ilə nikahları pozulmuşdur. Maraqlı şəxslə aralarında aliment və uşaqlarla ünsiyyət ilə bağlı keçirilmiş mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi uşaqlarla ünsiyyətə dair hissədə maraqlı şəxs tərəfindən könüllü icra edilmir. Belə ki, Maraqlı şəxs öz öhdəliklərini icra etməyərək, onun övladları ilə ünsiyyətdə olmağına maneələr yaradır. Hazırda övladları ilə görüşə bilmir və bu səbəbdən barışıq sazişinin uşaqla ünsiyyət hissəsinin təsdiq olunmasına zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Maraqlı şəxs onun uşaqları ilə sərbəst görüşməsinə maneə yaradır. Daha əvvəl belə maneələr yox idi. O, uşaqların yaşayış yerini, oxuduqları məktəbi tanımır. Onda məlumat var ki, Maraqlı şəxs qeyri-rəsmi nikaha daxil olaraq nikaha daxil olduğu şəxslə birlikdə yaşayır və buna görə onun uşaqlarla ünsiyyətinə mane olur. O, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, Maraqlı şəxs ərizəçinin uşaqları ilə görüşməsinə etiraz etmir. Lakin ünsiyyətin vaxtlarının dəqiq müəyyən edilməsini xahiş edir. Maraqlı şəxs Sazişi imzalasa da hesab edir ki, saziş qeyri-müyyən müddəaları nəzərdə tutduğuna görə etibarsız sazişdir. Buna görə də təsdiq olunmamalıdır. O bildirmişdir ki, əvvəl sazişin icrası ilə bağlı problemlər yaşanmamışdır. Son zaman isə belə hallar yaşanmağa başlamışdır. Hesab edir ki, bunun səbəbi sazişin etibarsız olmasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, “X5 Tərəfə öncədən məlumat verərək onunla razılaşdırmaqla övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüldü X4 ilə ayda üç dəfə gün ərzində ünsiyyət qurmasına şərait yaradılmasını Birinci Tərəf öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüldü X4 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Ərizəçi, anası Maraqlı şəxsdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüldü X4 ilə Ərizəçi ayda üç dəfə gün ərzində ünsiyyət qurmasına şərait yaradılmasını öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların onlardan ayrı yaşayan valideyni ilə ünsiyyət qaydası barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Məhkəmə araşdırması zamanı həmin sazişin şərtlərinin könüllü şəkildə icra olunması öz təsdiqini tapmadığından, sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin etibarsızlığına dəlaət edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X1 tərəfindən təsdiq edilmiş MŞB/11/-2024-00319 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci Tərəfin (Ərizəçi) Birinci Tərəfə (Maraqlı şəxs) öncədən məlumat verərək onunla razılaşdırmaqla övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüldü X4 ilə ayda üç dəfə gün ərzində ünsiyyət qurmasına şərait yaradılmasını Birinci Tərəf (Maraqlı şəxs) öhdəsinə götürür.” Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8661/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8661/2024
01.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver