Məhkəmə qərarları › İş №2(011)-8670/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8670/2021

21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8670/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək oğlu, 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X4 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X8 qəflətən 06.11.2021-ci il tarixdə saat 13:10 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137, mənzil 412-də vəfat etmişdir. X11a mərhum oğlunun adına 4 dəfə çağırış edilmiş, lakin 13:50 radələrində həkim gələnə qədər oğlu vəfat etmişdir. Bakı şəhəri Xətai rayonu 38 saylı Şəhər Poliklinikasına oğlunun ölümü haqqında tibbi şəhatdətnamə verilməsi üçün müraciət etmiş, lakin X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində oğlunun ölümünün səbəbi qeyd olunmadığına görə poliklinika ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra 6 saylı Bakı “Asan Xidmət” X2 müraciət etmiş, şöbə tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi bildirmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qonşuları X3 və X9 ifadələrində ərizəçinin oğlu X4 06.11.2021-ci il tarixdə vəfat etdiyini və özlərinin də dəfn mərasimində iştirak etdiklərini göstərdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. XVİ-JQ seriyalı, 480744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş X4 anası qrafasında Ərizəçi qeyd edilmişdir. Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin 10.11.20201-ci il tarixli, 6/349 saylı cavab məktubundan göründüyü kimi, 06.11.2021-ci il tarixdə saat 13:31 radələrində X4 adına X11 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 15.11.2021-ci il tarixli, 05/Q-443/15 saylı məktubundan görünür ki, Ərizəçi oğlu X4 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X4 09.02.1992-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X4 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar