Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8671/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 01.11.1944-cü ildə anadan olmuş X1nun 22.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. X1 22.09.2021-ci il tarixdə ünvan 2 ünvanında rəhmətə getmiş və Bakı şəhər Suraxanı rayonu Dədə Qorqud qəbirsanlıqnda dəfn olunmuşdur. Ölüm haqqıda şəhadətnamənin alınması ilə bağlı olaraq Bakı şəhər Xətai rayon (şəhər) qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqıda şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 mərhumun arvadı olduğunu, onun 22.09.2021-ci ildə vəfat etdiyini və Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində mərhumun qızı olduğunu göstərərək, onun 22.09.2021-ci ildə vəfat etdiyini və Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası qrafasında X3 qeyd olunmuşdur. Suraxanı rayonu Zığ bələdiyyəsinin 17.11.2021-ci il tarixli arayışından görünür ki, X3 23.09.2021-ci il tarixində Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Bakı Şəhəri Maraqlı şəxs 26.10.2021-ci il tarixli 3547-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum X1nun ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi atası, 01.11.1944-cü ildə anadan olmuş X2 22.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.11.1944-cü ildə anadan olmuş X2 22.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-8671/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8671/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver