Məhkəmə qərarları › İş №2(011)-8693/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8693/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8693/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X1 qardaşıdır. Rafiq Abbasov xx.xx.1959-cu il tarixdə doğulmuşdur.

2. Bakı şəhəri Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 22:40 radələrində ünvan 1 ünvanında X1 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. X5 1.09.2024-cü il tarixdə Ucar rayonu Qarı qəbristanlığında dəfn olunmuşdur (Ucar rayonu İcra Hakimiyyətinin Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-80-18/2-778/2024 saylı Arayışı).

4. Ərizəçi qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13xx-xx/2024 saylı məktubu ilə ərizəçinin qardaşının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi xx.xx.2024-cü ildə ünvan 2 ünvanda vəfat etmiş xx.xx.1959-cu il təvəllüdlü mərhum qardaşı X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçinin vəkili və nümayəndəsi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmətə müraciət edərək, xx.xx.2024-cü ildə ünvan 2 ünvanda vəfat etmiş xx.xx.1959-cu il təvəllüdlü mərhum qardaşı X1 ölüm faktının müəyyən edilməsi

7. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum qardaşı X5 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 59, mənzil 63 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayırdı. Mərhum qardaşı X5 ürək xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2024-cü ildə yaşadığı ünvanda vəfat etdi. Həmin dəqiqə növbətçi həkimi çağırmış və həkim gələnədək mərhum qardaşı X5 artıq yaşadığı mənzildə ölmüşdür. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Həmin arayışı 6 saylı Bakı Asan Xidmət X8 ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, ölüm kağızı verməmiş və imtina etmişlər.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

10. Maraqlı şəxs Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, mərhum Rafiq Abbasov onun qardaşı idi. Uşaqlar ona zəng edərək qardaşının vəziyyətinin yaxşı olmadığını bildirəndə dərhal yaşadığı ünvana getmişdir. Qardaşı əvvəllər 30-40 il Ukraynada yaşamışdır, müharibə zamanl bütün əmlakı məhv olmuşdur. Buna görə də çox iztirab keçirdi.

12. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi onun ərinin qardaşıdır. Rafiq Abbasov müharibə zamanı əmlakını itirdi, Azərbaycana qayıtdıqdan sonra iki il ərzində özünə qapandı. xx.xx.2024-cü il tarixdə gecə vəfat etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

16. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixində Azərbaycan Respublikasında doğulmuş X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar