Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8729/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi,Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01819 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin etirazının dəlilləri Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01819 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Tərəflər təsdiq edirlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(011)-2509/2021 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün (xx.xx.2015-ci il tarixli Sazişlə tutulan alimentin məbləği dəyişdirilərək) qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi verilməsi qət edilmişdir; - Maraqlı şəxs öhdəlik götürür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla üşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün ödəniş ayı üçün “Yaşayiş minimumu haqqında'' Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məbləğdə - 2023-cü il üçün 220 (iki yüz iyirmi, cəmi 440 - dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürür. - Tərəflər razılaşırlar ki, Maraqlı şəxs alimenti müvafiq ödəniş ayının son 3 (üç) günündə ödəməyə dair öhdəlik götürür. - Tərəflər razılaşırlar ki, Bu Saziş bağlanan günə yığılmış aliment borc məbləği ilə bağlı mübahisəni müvafiq İcra və Probasiya Şöbəsində həll edəcəklər. - Tərəflər razılaşırlar ki, gələcəkdə hər hansı səbəbdən yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması ilə bağlı aralarında mübahisə yaranarsa, həmin mübahisəni mediasiya və ya məhkəmə vasitəsilə həll etmək hüquqlarını saxlayırlar Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01819 saylı Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01819 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tərəflər təsdiq edirlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(011)-2509/2021 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün (xx.xx.2015-ci il tarixli Sazişlə tutulan alimentin məbləği dəyişdirilərək) qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi verilməsi qət edilmişdir; - Maraqlı şəxs öhdəlik götürür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla üşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün ödəniş ayı üçün “Yaşayiş minimumu haqqında'' Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məbləğdə - 2023-cü il üçün 220 (iki yüz iyirmi, cəmi 440 - dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürür. - Tərəflər razılaşırlar ki, Maraqlı şəxs alimenti müvafiq ödəniş ayının son 3 (üç) günündə ödəməyə dair öhdəlik götürür. - Tərəflər razılaşırlar ki, Bu Saziş bağlanan günə yığılmış aliment borc məbləği ilə bağlı mübahisəni müvafiq İcra və Probasiya Şöbəsində həll edəcəklər. - Tərəflər razılaşırlar ki, gələcəkdə hər hansı səbəbdən yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması ilə bağlı aralarında mübahisə yaranarsa, həmin mübahisəni mediasiya və ya məhkəmə vasitəsilə həll etmək hüquqlarını saxlayırlar Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8729/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8729/2023
29.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver