Məhkəmə qərarları › İş №2(011)-8739/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8739/2025

01.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8739/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi “mediasiya sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/9/2025- 01317 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Ərizəçi 15000 manat borcu olmuşdur. Maraqlı şəxs1 borcu ödəməkdən yayınmışdır və tərəflər əvvəlcə mübahisənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə mediasiya təşkilatına müraciət etmişlər. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/9/2025-01317 saylı barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin 1-ci bəndində Maraqlı şəxs1 Ərizəçi ümumilikdə 15000 manat məbləğində olan borcunu tam qəbul etdiyi qeyd edilmişdir. Barışıq sazişinin 2-ci bəndində qeyd olunmuşdur ki, Maraqlı şəxs1 bu məbləği 1 il müddəlində (xx.xx.2026-cı il tarixinə qədər) hər ay ***-**** manat olmaqla ödəməyi öhdəsinə götürür. Barışıq sazişinin 3-cü bəndinə əsasən ödənişlər aylıq əsasda, hər ayın sonuna qədər, Ərizəçi təqdim etdiyi bank hesabına köçürüləcək. Barışıq sazişinin 4-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılığa əsasən bu borc tam ödənildikdən sonra bir-birinə qarşı hər bir maddi və mənəvi tələbin olmadığını bildirir və hər hansı mübahisənin yaranmayacağını təsdiq edirlər. Barışıq sazişinin 5-ci maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa və ya ödəniş tarixi 1 həftə gecikdiyi halda Ərizəçi və Maraqlı şəxs1 Azərbaycan Respublikası "X3" 34.3-cü maddəsinin müddəalarına uyğun olaraq barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Hazırda Maraqlı şəxs1 barışıq sazişinin könüllü icrasından yayınır. Ödənişi həyata keçirmədiyi üçün ərizəçi hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Çünki icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsinə ehtiyac var. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, mediasiya sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan Ərizəçi, X1 və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 10 oktyabr 2025-ci il tarixli, MŞB/9/2025-01317 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında barışıq sazişi Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış və aşağıdakıları əhatə edir:

1. Maraqlı şəxs1, Ərizəçi ümumilikdə 15.000 (on beş min) manat məbləğində olan borcunu tam qəbul edir.

2. Maraqlı şəxs1 bu məbləği 1 (bir) il müddətində (10.10 2026-ci il tarixinə qədər) hər ay 500- 1.000 (beş yüz-bir min) manat olmaqla ödəməyi öhdəsinə götürür.

3. Ödənişlər aylıq əsasda, hər ayın sonuna qədər. Ərizəçi təqdim etdiyi bank hesabına köçürüləcək.

4. Tərəflər qarşılıqlı razılığa əsasən bu borc tam ödənildikdən sonra bir-birinə qarşı heç bir maddi və mənəvi tələbin olmadığını bildirir və hər hansı mübahisənin yaranmayacağını təsdiq edirlər.

5. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa və ya ödəniş tarixi 1 həftə gecikdiyi halda, Ərizəçi və Maraqlı şəxs1 Azərbaycan Respublikası “X3" 34.3-cü maddəsinin müddəalarına uyğun olaraq barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

6. Bu Saziş 3 (üç) nüsxədə tərtib^olunmuş və hər üç Tərəf tərəfindən imzalanmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi, X1 və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 10 oktyabr 2025-ci il tarixli, MŞB/9/2025- 01317nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 100 manat; Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum ərizəçinin özünə aid edilməlidir.

Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq,

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X1 və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 10 oktyabr 2025ci il tarixli, MŞB/9/2025-01317 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs1, Ərizəçi ümumilikdə 15.000 (on beş min) manat məbləğində olan borcunu tam qəbul edir.

2. Maraqlı şəxs1 bu məbləği 1 (bir) il müddətində (10.10 2026-ci il tarixinə qədər) hər ay 500- 1.000 (beş yüz-bir min) manat olmaqla ödəməyi öhdəsinə götürür.

3. Ödənişlər aylıq əsasda, hər ayın sonuna qədər. Ərizəçi təqdim etdiyi bank hesabına köçürüləcək.

4. Tərəflər qarşılıqlı razılığa əsasən bu borc tam ödənildikdən sonra bir-birinə qarşı heç bir maddi və mənəvi tələbin olmadığını bildirir və hər hansı mübahisənin yaranmayacağını təsdiq edirlər.

5. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa və ya ödəniş tarixi 1 həftə gecikdiyi halda, Ərizəçi və Maraqlı şəxs1 Azərbaycan Respublikası “X3" 34.3-cü maddəsinin müddəalarına uyğun olaraq barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

6. Bu Saziş 3 (üç) nüsxədə tərtib olunmuş və hər üç Tərəf tərəfindən imzalanmışdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar