Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8810/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər öz aralarında nikahın pozulması, birgə nikahdan doğulan uşaqların ərizəçinin himayəsində saxlanılması, uşaqların saxlanılması üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat alimentin maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması, maraqlı şəxsin uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi, cehiz əşyalarının çıxarılması və digər məsələlər barədə razılığa gəlmişlər.
2. Barışıq sazişinin birinci bəndi icra edilmiş, maraqlı şəxs aralarında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
3. Ərizəçi maraqlı şəxslə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024cü il tarixli MŞB'18'2024-01724 saylı "Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi ərizəsində qeyd etmişdır ki, saziş imzaladıqdan sonra ərizəçi birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən ərizəçiyə məxsus olan cehiz əşyalarının (mebel, məişət texnikası, çıl-çıraq, soyuducu, və şəxsi geyim əşyaları, pianino və.s) 1 ay müddətində çıxarılmasına və ərizəçiyə təqdim edilməsinə şərait yaradacağına dair öz üzərinə öhdəlik gölürür. Ancaq maraqlı şəxs barışıq sazininin şərtlərinə əməl etməmişdir. Belə ki. sazişdə qeyd edilən mebel, məişət texnikası, çıl-çıraq, soyuducu və şəxsi geyim əşyaları, pianino və.s bir ay müddətinə götürülməsinə şərait yaradacağı halda bu günə kimi həmin əşyaları götürə bilməmişdir. Bunda əlavə isə ünvan 2 ünvanında yerləşən (inşa edilən) (Qeydiyyat nömrəsi **********. Qeydiyyat tarixi 05.11.2O2O-ci il) 1 mərtəbəli (mansarlı) 3 otaqlı fərdi yaşayış evinin “Nıssan Sunny” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avto maşının 50% pay hüququ tanımış və hər iki əmlak 2 ay müddətində satılaraq ərizəçiyə verilməli olduğu halda bu günə kimi maraqlı şəxs tərəfindən öhdəlik yerinə yeiirlməmişdir.
b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:
5. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maraqlı şəxs uşaqlara bildirib ki, alimenti ödəməyəcək. Cehiz əşyalarını isə çıxartmağa imkan vermir.
7. Maraqlı şəxsə məhkəmə baxışı zamanı bildirdi ki, alimenti ayın 10-a qədər ödəyəcək. Cehiz əşyalarını isə ərizəçiyə bildirib ki, tək gəlsə verəcək.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəllləsi:
8. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
9. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
15. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
16. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
18. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır.
20. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında nikahın pozulması, birgə nikahdan doğulan uşaqların ərizəçinin himayəsində saxlanılması, uşaqların saxlanılması üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat alimentin maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması, maraqlı şəxsin uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi, cehiz əşyalarının çıxarılması və digər məsələlər barədə barədə razılıq əldə olunması, maraqlı şəxs tərəfindən barışıq sazişinin birinci bənd istisna olmaqla digər şərtlərinin tam icra edilməməsi işin mübahisəsiz halıdır.
21. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
22. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.
23. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
24. Lakin məhkəmə qeyd edir ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etsə də, ərizə qismən təmin edilərək barışıq sazişinin 1-ci bəndi təsdiq edilməməlidir. Belə ki, tərəflər barışıq sazişinin birinci bəndi ilə aralarında bağlanmış nikahın pozulması barədə razılığa gəldiklərindən, ərizəçi isə artıq nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraiciət etdiyindən barışıq sazişinin həmin bəndinin təsdiq edilməsinə heç bir zərurət yoxdur
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birinci tərəf, Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Birinci tərəf, Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları 18.05 2013-cü il təvəllüdlü X1 və 18.03 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf, Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək, hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla, umumılikdə hər ay 500 (beş yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyi ilə bağlı İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.
3. Birinci tərəf, Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və 18.03 2018-cı il təvəllüdlü X5 ilə 01 09.2024- cü il tarixdən etibarən (uşaqların mənafeı nəzərə alınmaqla) ananın iştirakı olmadan vaxt məhdudiyyəti qoyulmadan İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Eyni zamanda, uşaqlarla ünsiyyətdə olanda onların pzixoloji durumuna təsir etməyəcəyi və Birinci tərəf (ana) barəsində xoşa gəlməz ifadələr işlətməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır
4. Birinci tərəf, Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf, Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri (İkinci tərəfin adına olan) 1 (bir) sayda (daşınmaz əmlak) ünvan 3 ünvanında yerləşən 0.398 ha torpaq sahəsi və üzərində yerləşən (inşa edilən) (Qeydiyyat nömrəsi **********. Qeydiyyat tarixi xx.xx.2020-ci il) 1 mərtəbəli (mansardlı) 3 otaqlı fərdi yaşayış evinin 50%-nə, ½ payına onun Birinci tərəfin (mülkiyyət hüququnu) tanıdığını eyni zamanda İkinci tərəf, Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri 1 (bir) sayda (daşınar əmlak) **-UB-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı. Qara rəngli, “Nıssan Sunny” minik markalı (minik avtomobilinin) 50%-nə, ½ payına onun Birinci tərəfin (mülkiyyət hüququnu) tanıdığını və bu əmlakların 2 (iki) ay müddətində (əmlakların bazar qiyməti qarşılıqlı razılıq əsasında tərəflərin təqdim etdikləri əmlak ekspertləri tərəfindən qiymətləndirilərək müəyyən edilməklə) satışından əldə olunan pul vəsaitin 50 %-ni ona Birinci tərəfin təqdim edəcəyinə (ödəyəcəyinə dair) İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Eyni zamanda, tərəflər həmin müddətdə öz aralarında bir birinə bu əmlakların dəyərini öz aralarında razılışdıraraq. 50%-ni kompensasiya şəklində digərinə ödəmək və həmin əmlakı özlərində saxlamaq hüquqları var
5. Birinci tərəf Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf, Maraqlı şəxs) oğlu ilə birgə yaşadıqları ünvan 4 ünvanında yerləşən Birinci tərəfə məxsus olan cehiz əşyalarının (mebel, məişət texnikası, çil-çıraq, tv, soyuducu və şəxi qeyim əşyaları, pianino və s.) 1 ay müddətində çıxarılmasına və Birinci tərəfə təqdim edilməsinə şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.
6. Birinci tərəf, Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu Sazişin 3-cü, 5-ci və 6-cı bəndlərində öz üzərinə götürdüyü öhdəliklərinin pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Birinci tərəfin bu saişin 4-cü bəndində öz üzərinə götürdüyü öhdəliklərinin pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ona məlumdur və buna etiraz etmir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı